Googgle və sürücüsüz avtomobillər!?

Googgle və sürücüsüz avtomobillər!? - 1

ABŞ-ın Nevada ştatında "Google" şirkətinin avtonom idarəetmə sistemi ilə işləyən avtomobilləri ilk dəfə olaraq ümumi istifadəli yollara buraxılıb.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, insanın iştirakı olmadan belə avtomobillərdə gəzmək hələ ki mümkün deyil.

Googgle və sürücüsüz avtomobillər!? - 2

Qaydalara əsasən, avtonom idarəetmə ilə işləyən hər avtomobili azı iki nəfər texniki işçi müşayiət etməlidir. Birinci texniki işçi sürücünün yerində əyləşməli və lazım olduqda avtomat rejimdən idarəetməni almağa hazır olmalıdır. Sərnişin oturacağında əyləşən ikinci şəxsin vəzifəsi isə vəziyyətə nəzarət etməyə yardımçı olmaqdır. "Google"-nin yaydığı açıqlamada qeyd olunur ki, Nevadada avtonom nəqliyyat vasitələrinin sınağı üçün ilk lisenziyanı aldığına görə çox şaddırlar, bu, texnologiyanın hazırlanmasını sürətləndirməyə və son nəticədə yolları daha təhlükəsiz və sürülmə üçün rahat etməyə imkan verəcək.

Googgle və sürücüsüz avtomobillər!? - 3

"Google" yollara azı səkkiz belə maşın buraxmağa hazırlaşır. Onların sırasına altı "Toyota Prius", bir "Audi TT" və bir "Lexus RX450h" markalı maşın daxildir. Son nəticədə "Google" avtonom avtomobilləri kütləvi istifadəyə verməyi planlaşdırır. İnternet-nəhəngi bunu avtomobil konsernlərinə bu növ maşınların istehsalı üçün lisenziyanın satılması vasitəsilə həyata keçirməyi nəzərdə tutur. 2010-cu ildən sınaqlar zamanı "Google" şirkətinin "gələcəyin avtomobilləri" artıq 220 min kilometrdən çox məsafə qət edib. Avtomobilin idarəetmə sistemi videokamera, radar və digər maşınları izləmək üçün lazer məsafəölçən aparatından ibarətdir.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__131294

bu azerbyacanda islemir amma

ədabiyyatçı

Bu maşınlar necə işləyir?

Doktor_Ali

sürə bilməyənlərə bu çox kömək olacaq

nesibli12

off Azerbaycanda olsaydiii))

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed