Google Translate səsi tərcümə edə bilir

Google Translate səsi tərcümə edə bilir - 1

RİA novosti-nin verdiyi xəbərə görə, Google şirkəti Android platformasına uyğun Google Translate-in bir hissəsi olan nitqinin tərcüməçisi Conversation Mode-a rus dilini də əlavə edib.
Conversation Mode funksiyası real zamanda əcnəbilərlə onların doğma dilində danışmaq üçün ideal bir vasitədir. Google şirkəti qeyd edir ki, bu eksperimental funksiyadır və nitqin tanınmasında və mətnin tərcüməsində müəyyən qüsurlar ola bilər.

Google Translate səsi tərcümə edə bilir - 2

Google Translate tərcüməçisinin Conversation Mode funksiyası ondan ibarətdir ki, danışdığınız insanın nitqini mətnə transformasiya edir, mətni tərcümə edir və yenidən sizə uyğun olan dildə səsləndirir. Sizin nitqiniz ilə eyni proses baş verir.
Rus dilindən başqa yeni funksiya 11 digər dilləri də dəstəkləyir: portuqal, çex, holland, fransız, alman, italyan, yapon, koreya, çin, polşa, türk və portuqal dilinin braziliya variantı. İlkin zamanlar funksiya sadəcə iki dili dəstəkləyirdi: ingilis və ispan.
Google onu da əlavə edir ki, tərcümə zamanı alınan mətndə səhv olarsa istifadəçi onun üzərində asanlıqda düzəliş edə bilər.
Hal-hazırda Google Translate mətnləri 63 dildən tərcümə edə bilir, səs tərcüməsində isə 17 dili dəstəkləyir.
Səsin tanınması sistemi üzərində həmçinin Apple şirkəti də işləyir. Yeni iPhone 4S smartfonlarında səs komandaları tanıyan Siri funksiyası reallaşdırılmışdır.

Google Translate səsi tərcümə edə bilir - 3

Azərbaycan dilini nə vaxt əlavə edəcəkləri haqqında heç bir məlumat yoxdur.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

nikA_960

bu cox yaxsi xeberdi.

mishka

оченъ yaxsi

Qonaq__399330

əla

ayla_asadova

maraqlidir.lazimi olan seydir...

mehi7i8

azerbaycan

Qonaq__678828

Bu əladıki

Qonaq__678828

bu yaxsidir

0705236498

bu icad zaten variydi evvelceden

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed