Günəş tullantı təmizləyən vəzifəsində

Günəş tullantı təmizləyən vəzifəsində - 1

İnsanların kosmosa uçmasının həm yaxşı, həm də pis tərəfləri var. İlk olaraq texnologiya inkişaf etdi, amma kosmos yaman çirkləndi. Bunu qarşını almaq belə çətindir, ona görə ki, fəza heç bir dövlətə məxsus deyil. Amma təbiət hərdən insana yardım əlini uzadır...(admin)

Günəş tullantı təmizləyən vəzifəsində - 2

Space.com-un yazdığına görə, NASA mütəxəssislərinin fikrincə, Günəş enerjisinin Yer kürəsinə tərəf istiqamətlənmiş güclü axınları peyklərə və energetika sistemlərinə zərər vurmaqla yanaşı, təhlükəli kosmik zibildən azad olmağa yardım edə bilir.
Günəş tullantılarının təsiri altında atmosferin üst qatlarını genişlənməyə məcbur olur. Bunun sayəsində yer yaxınlığındakı tullantılar öz hərəkətini yavaşıdır, daha çox geniş qatlara düşür və sonda qismən və ya tamamilə yanır.

Günəş tullantı təmizləyən vəzifəsində - 3

ABŞ-ın Müdafiə Nazirliyi 22 mindən çox böyük kosmik tullantılarına monitorinq edir. Nazirlik həmçinin 2007-ci ildə məhv edilmiş Çin peyki Fengyun-1C qalıqlarına da nəzarət edir.

Atmosferin təsiri kosmik zibilinin ölçülərindən asılıdır. Xırda tullantılar tez məhv olur. NASA-nın məlumatlarına görə, Yer kürəsinin ətrafında 1-10 sm böyüklüyündə olan yarım milyona qədər tullantı var. Çox kiçik olan fraqmentlərin sayı isə milyonlarla hesablanır.

Ümidvaram ki, Günəş öz yardımını insanlara ziyan verməyərək davam etdirəcək. (admin)

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

055743

maraqlidir qarsisi alinmalidir

Qonaq__3826708

Xebere gore cox sagolun. Maraqlidir

Səhr yaz

......