"Günəş" yolları real ola bilər

Günəş

Dünyanın əksər yerlərində yollar asfalt ilə örtülür. Asfaltın keyfiyyəti isə gələcəkdə hansı növ texnika və ya avtomobillərin bu yoldan istifadə edəcəyindən asılıdır. Son zamanlar iqtisadi cəhətdən bahalı, amma istismar cəhətdən sərfəli olan beton yollar dəbdədir. Buna baxmayaraq, bəzi ixtiraçılar fərqli düşünür......
Aydaho ştatının 53-yaşlı sakini mühəndis Skot Bryuso yol tikintisində ənənəvi asfalt və betonun yerinə yüksək möhkəmliyə malik olan şüşə günəş panellərindən istifadə etməyi təklif edir. Onun fikrincə, qış mövsümündə belə yolları qardan və buzdan daim təmizləməyə ehtiyac yoxdur.

Yolun daxilində yerləşdirilmiş fotoelementlər elektrik istehsal edərək yola qızdırıcı elementlər ötürəcək və beləliklə yollarda olan qar və buz əridiləcək. Bu enerjidən hətta elektromobillərin enerji ilə təmini və yol boyunca quraşdırılmış LED-siqnallarda istifadə etmək olar.
İxtiraçının hesablamalarına görə, günəş batareyalarından inşa edilmiş belə növ yolun 1 mili 4.4 milyon dollara başa gələcək. Ancaq yolun belə baha başa gəlməsini qarın təmizlənməsinə xərclənən vəsaitin lazım olmaması kompensasiya edir.
  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed