Hansı xalqlar ən səxavətli və ən xəsisdirlər?
Britaniyanın “Direct Line” sığorta şirkəti planetin ən populyar yerlərində - Barselona, Las-Veqas, Paris, San-Paulo və İbisada araşdırma aparıb.
Çay pulunda ən çox xəsislik edən xalq fransızlar olub. Onlar çay pulu kimi çekdəki ümumi hesabın yalnız 5 faizini qoyurlar. Halbuki dünya üzrə bu göstərici 11 faiz qəbul olunub. İkinci yerdə britaniyalılar (7 faiz), üçüncü yerdə isə italyanlardır.
Amerikalılar isə bu cəhətdən çox səxavətlidirlər. Onlar adətən çay puluna ümumi məbləğin 13 faizini qoyurlar. İkinci yerdə almanlar, üçüncü yerdə isə ruslar qərarlaşıb.
Tədqiqatçılar onu da qeyd ediblər ki, son vaxtlar ümumiyyətlə çay pulu qoyanların sayı kəskin azalıb.
Qonaq__18194353
pis
Qonaq__18212931
ola biler
Qonaq__24043534
maraqlidir
Qonaq__28930456
bes Azerbaycan