Hər növ plastması emal edən maşın icad edildi

Hər növ plastması emal edən maşın icad edildi

Bizi əhatə edən mühiti, təbiəti təmiz saxlamaq hər bir insanın borcudur. Amma buna hər kəs riayət edirmi? Bu səbəbdən alimlər çalışırlar ki, məişət tullantılarını emal edən sərfəli üsullar ixtira etsinlər.
Yeni aqreqat atılmış plastik kütlənin demək olar ki, bütün növlərini emal edə bilir. Həm də əvvəlcədən kütlənin növlər üzrə ayrılmasına maşının ehtiyacı yoxdur.
Hal-hazırda plastik kütlənin çox hissəsi zibilliklərə atılır və sadəcə yandırılır. Amma bu aqreqatın köməyi ilə problemi aradan qaldırmaq və bu kütlənin böyük bir hissəsini emal etmək olar. Tullantıların növlərinə görə ayrılma prosesi çox vaxt aldığından bu işi sadəcə olaraq görmürlər və bütün kütləni yandırırlar. Yeni ixtira hər bir növ polimeri sadə hissələrə ayıraraq emal edir.
Hər növ plastması emal edən maşın icad edildi - 2
Bu texnologiyanın müəllifləri - Yan Bayens (Jan Baeyens, şəkillərdə) və Uorika (University of Warwick) universitetindən onun kolleqalarıdır – yeni maşının köməyi ilə plastik tullantıların pirolizini edərək sadə formalarına çevirirlər. Bu aqreqatda tullantılar 500 °C temperaturda və oksigensiz şəraitdə emal edilir. Bu zaman bir çox polimerlər monomerlərə parçalanır.
Hər növ plastması emal edən maşın icad edildi - 3
"Alınmış qarışığı isə sonra sadə distillə vasitəsilə ayırmaq olar", — universitetin press-relizi izah edir. Belə testlərin gedişatında müəlliflər aqreqata ən müxtəlif plastik kütlələr qarışığını yükləyərək sənayenin fərqli sahələrində istifadə edilə biləcək əla xammal almağa nail olublar.
Alimlərin fikrincə, əgər maşının sərf etdiyi enerjinin xərclərini, zibillərin basdırılmasına çəkiləcək xərcləri və sənayedə istifadə edilə biləcək xammalın çox ucuz olacağının nəzərə alsaq, bu texnologiyanı gələcəkdə böyük perspektivlər gözləyir.
  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed