Hollandlar bizim qəsəbələrə uyğun fənərlər icad ediblər
Belə bir fikir var ki, hər bir dövlətin inkişafını onun yollarında bəlli etmək olar. Yoldan istifadə edən sürücülərin və piyadaların təhlükəsizliyi yol örtüyünün keyfiyyəti, işıqlandırılması, yol işarələrinin olması və s. amillərdən asılıdır.
Hollandlar nəinki bunu yaxşı edirlər, hətta çalışırlar ki, səmərəli sistemlər də yaratsınlar. Beləliklə, .....
İxtiraçıların hədəfi yolların işıqlandırılmasında istifadə edilən enerjinə qənaət etməkdir. Yeni sistem analoqlarına nisbətən 80% daha az enerji istifadə edir və istismarı da ucuz başa gəlir. Bu sistem Intelligente straatverlichting adlandırılıb.
Delft texnologiya universiteti (TU Delft) öz ərazisində yeni sistemlərin yerləşdirilməsinə razılıq verib. İxtira işıq diodlarılə təchiz edilmiş fənərlər, hərəkət qeyd edən cihazlar, fənərləri bir-birinə birləşdirən naqilsiz əlaqə və dispetçer otağından ibarətdir.
Əgər fənərin işıqlandırdığı ərazidə nə maşın, nə velosiped sürən, nə də piyada yoxdursa, sistem avtomatik olaraq həmin fənərin işığını maksimum gücünün 20%-nə qədər azaldır.
Əgər ərazidə hər hansı bir hərəkət qeydə alınarsa, yaxındakı fənər tam gücü ilə yanır. Böyük şəhərlərdə küçələrin hərəkətsiz olması nadir haldır. Ona görə də bu sistemin həmin şəhərdə effektivliyi azdır.
Əgər fənərlərdə hər hansı bir nasazlıq olarsa, onlar haqqında dispetçer otağına məlumat göndərilir ki, onu dərhal həll etsinlər.
Universitet mütəxəssisləri sistem üçün yeni əlavələr üzərində çalışırlar. Məsələn, sistemin küləkli vaxtlar ağacların tərpənməsinə və ya küçə heyvanlarına reaksiya verməməyi üçün sistemi təkmilləşdirmək fikrindədirlər. Onu da nəzərə çatdırmalıyıq ki, yeni sistemin müəllifi həmin universitetin məzunu Çintan Şahdır (Chintan Shah). Çintan Şah layihəni kommersiya məqsədilə inkişaf etdirmək üçün hətta Tvilight adlı şirkət də yaradıb.
Bu sistemin bizim qəsəbələrdə də böyük effekti olar, həm küçələr yetərincə işıqlı olar, həm də lazım olmayan zaman qənaət etmiş olarıq.
swimmingboy
super
Nizami24
superdi eladi
Qonaq__1908448
elaaaaaaaaa
Alvan2001R
azerbaycan ucun yaxsidi. :-))))