İlk yanğın söndürmə dəstəsi necə olub və harada yaradılıb?
İlk zamanlar yanğın baş verərdisə insanlar onu birlikdə söndürürdülər. İnsanlar yanan evdən su mənbəyinədək bir sıraya düzlənib bir birinə su ilə dolu vedrələr ötürərək yanğını söndürməyə çalışırdılar.
1666-cı ildə Londonda böyük bir yanğın baş verir. Bu zaman alov 13000 evi məhv edir. Həmin vaxt ingilislər əl nasosları icad edirlər. Bunların köməyi ilə onlar şlanqlarla yanğının üzərinə su vururdular. Əhali belə bir faciələrdən qorunmaq üçün könüllü dəstələr və cəmiyyətlər yaradır. Onlar and içirdilər ki, yanğının baş verdiyi yerdən asılı olmayaraq, onlar yanğınla mübarizə aparacaqlar.
İlk zamanlarda yanğın baş verdiyi haqda tez xəbər tutmaq üçün xüsusi insanlar gecələr küçələri gəzərək yanğın olan yerləri aşkar edir və əhalini xəbərdar edirdilər. Əhali yanğın söndürmə dəstələrinə vəsait əldə etmək üçün pul yığırdılar.
Bununla yanaşı sığorta şirkətlərinin şəxsi yanğın dəstələri var idi. Amma bu şirkətlər yalnız onlar tərəfindən sığortalanmış evləri və ya digər mülkü yanğından qoruyurdular.
1835-ci ildə Nyu-York şəhərində ilk yanğın söndürmə gözətçi dəstəsi yaradılır və onlara illik 250 dollar maaş təyin edilir. Bir qədər sonra dəstə üzvlərinin sayı 40-a çatır və onlar yanğın polisi adlandırılırlar.
serdar77
BİLMİRDİM
yenilik
llll6
twk
hissler
bilmirdim size tesekkur edirem
Qonaq__4524749
bunuda öyrəndik
Qonaq__26424677
Uzun mwddətdir ki, FHN-ə işlədiyimə baxmayaraq indi öyrəndim "yanğın söndürmə dəsdəsi" necə yaranıb.
TƏŞƏKKÜR EDİRƏM.