İndi Everesti hər zaman seyr etmək mümkündür
Müxtəlif kameralar həyatımızın ayrılmaz bir hissəsi olub. Onların siyahısına foto, video, təhlükəsizlik və s. kameralar daxildir. Onlar həyatımızın bir anını (foto kameralar) və ya bir hissəsini (video, təhlükəsizlik kameralar) yaddaşlara yazır. Veb kameralar isə bir neçə kompüter istifadəçinin arasında ünsiyyət yaratması üçün yaradılıb. Buna baxmayaraq onları fərqli yerlərdə də istifadə edirlər. Məsələn.....
Mütəxəssislər Himalay dağlarında rekord hündürlükdə veb kamera quraşdırıb. Məqsəd hava və iqlim dəyişikliklərini müşahidə etməkdir. Kamera 5,7 min metr hündürlükdə Kala Pattxar dağının zirvəsində bərkidilmişdir. Bunun köməyi ilə Everestin gözəlliyini seyr etmək olar.
Günəş batareyaları ilə təchiz edilmiş Mobotrix M-12 modelli kamera güclü küləklərə dayanıqlı olmaqla yanaşı -35° Selsi şaxtaya davamlıdır.
Veb-kamera yalnız gündüz saatları (yerli Nepal vaxtı ilə) səhər 6-dan axşam 6-a qədər Everestin təsvirlərini ötürür. Layihənin rəsmi saytı - Everest Live Webcam-dır.
20 il əvvəl ağlımıza belə gəlməzdi ki, real bir vaxtda Yer kürəsinin istədiyimiz bir nöqtəsini peyk və ya veb kamera vasitəsi ilə müşahidə edə biləcəyik. Bu, yeni texnologiyaların meydan çıxmasından sonra mümkün olub.
Qonaq__349984
eeeeeeeeeeeeellllllllllllllaaaaaaaaaaaaaaaaaaa