İndi saçlarınızda belə fayl daşıya biləcəksiniz

İndi saçlarınızda belə fayl daşıya biləcəksiniz - 1
"CNN"in xəbərinə görə, Vaşinqton Universitetində qeyri-adi sınaq aparılıb.
Milli.Az faktxəbər.com-a istinadən bildirir ki, sınaq zamanı DNT molekullarına - genetik koda fayl yerləşdirilib və bu faylın təkrar oxunması gerçəkləşdirilib. Bu yolla, artıq canlıların saxlanc yeri kimi istifadəsi gündəmə gəlib.

Tədqiqatda DNT-nin çox böyük həcmdə saxlama tutumu olduğu ortaya çıxarılıb. Sən demə, bu təbii yaddaş sahəsinə Google-un bütün informasiya bazası qədər fayl yerləşdirmək olar.

Microsoft mühəndislərinin də qatıldığı təcrübədə sintetik DNT molekulunun üzərinə bir şəkil faylı yüklənib və sonra onu yenidən oxumaq mümkün olub. Ancaq sintetik DNT istehsalı olduqca çətin və bahalıdır. Alimlər bu çatışmazlığı aradan qaldırıb, rəqəmsal dünyada təbii bir çevriliş etməyə çalışırlar.

Belə sınaqların gələcəkdə süni beyinlərin hazırlanmasına imkan verəcəyi güman edilir.
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed