İnsanın ölüm günü ilə genlərinin nə əlaqəsi var?

İnsanın ölüm günü ilə genlərinin nə əlaqəsi var?

Boston universitetində unikal test metodu hazırlanmışdır.
Amerika genetikləri insanın ömrünün uzunluğunu 77 %-ə qədər dəqiqliklə müəyyənləşdirə bildikləri haqqında iddia irəli sürüblər. Yəqin ki, çoxumuz yüz yaşa qədər yaşamaq istəyərik. Ancaq görəsən ölüm gününü bilmək istəyənlər də bu qədər çoxdurmu?
Uzunömürlü - 90 yaş və daha çox yaşayan insana deyilir. Bunlardan başqa ən uzunömürlülər də var: bu gün Yer üzündə yaşı 110-u keçmiş 70 nəfər yaşayır. Onlar Yaponiyada daha çoxdurlar, bu ölkədə artıq 40 min nəfər yüzillik yubileyini qeyd edib və bu uzunömürlülərin əksəriyyətini qadınlar təşkil edir. Yaponiyadan başqa And dağlarında, Qafqaz bölgəsində, Azərbaycan və Yunanıstanda da çoxsaylı uzunömürlü yaşayır. Rusiyanın ən çox uzunömürlü yaşayan regionu isə Qaraçay-Çərkəzdir.
Nəyə görə eyni həyat şərtlərində yaşayan insanların bir qismi digərlərinə nisbətən iki dəfə daha çox yaşayır? Uyğun cavab – sadəcə olaraq onların irsən "bəxtləri gətirib", irsən "möhkəm" genlərə sahibdirlər. Lakin heç də hər şey göründüyü qədər aydın deyil. Boston universiteti genetiklərinin bu il verdikləri məlumata görə, kimin yüz il yaşayıb, kimin yaşamayacağını müəyyənləşdirəcək test hazırlayıblar. Bu günlərdə onlar testin dəqiqliyini 77 %-ə qədər düzəldiblər. Bəs görəsən tədqiqatçılarda əvvəlcə özlərinə həddən artıq arxayınlıq yaradan, amma indi öz səhvlərini düzəltməyə məcbur edən səbəb nə idi?
İnsanın ölüm günü ilə genlərinin nə əlaqəsi var? - 2
Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunda drozofil milçəklərini öyrənərkən belə bir sual yaranmışdı: Nəyə görə onların bəziləri cəmi 25 gün, bəziləri isə düz 60 gün yaşayır? Səbəb eynidir – genlər. İnsan ömrü haqqında da danışanda da həmin şey alınır: bəziləri 60 il yaşayır, bəziləri 100 il. Boston universitetinin tibb məktəbindən professor Tomas Perlsin rəhbərliyi altında tədqiqatçılar yaşı yüzü ötmüş, ancaq sağlamlığı hələ də möhkəm olan avropoid irqinin 1055 nümayəndəsinin gen quruluşunu analiz etmişlər. Onların gen quruluşunu həmin irqin daha gənc nümayəndələrinin, daha sonra parkinson xəstələrinin genləri ilə müqayisə edərkən, tədqiqatçılar yaşı 100 və daha çox olan insanda rast gəlinən 33 gen variantı və həmin genlərin 19 xarakterik uyğunluğunu müəyyənləşdirmişlər. Əmin olmuşlar: yaşı 110 və daha çox olan insanlar uzunömürlülük genlərinin ən yüksək proporsiyasına sahibdirlər. Alimlər bu məlumatın əsasında uzunömürlü insanlara xarakterik olan irsi məlumatın bir neçə "profilini" işləyib hazırlamışlar. Bu məlumatların əsasında istənilən şəxsi test etmək olar.
İnsanın ölüm günü ilə genlərinin nə əlaqəsi var? - 3
Günümüzdə 80 yaşdan artıq yaşayan insanların sayı bütün dünyada artır. Bunu həm müəyyən maddi vəziyyətlə, həm düzgün həyat tərzi ilə, həm də tibbin uğurları ilə əlaqələndirirlər. Ancaq bu insanların ¾-ü, əksəriyyəti "yaşla bağlı" xəstəliklərə aid edilən müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkirlər. Bunlar ürək-damar xəstəlikləri, 2-ci tip diabet, Parkinson və Altsgeymer sindromlarıdır. Belə xəstəliklərin bir qismini dərmanlar vasitəsilə nəzarətdə saxlamaq olsa da, digər qismi xəstənin ölümünə gətirib çıxarır. Bütün bu xəstəliklər də genlərin kombinasiyası ilə "proqramlaşdırılıb".
Məlum olmuşdur: baxmayaraq ki, bu xəstəliklərin yaranmasına səbəb olan genlər 100 yaşa qədər yaşamış insanlarda da var, həmin xəstəliklər onlarda az rast gəlinir. Ancaq "pis" xəstəlik genlərinin heç olmamasındansa, "yaxşı" uzunömürlülük genlərinin olmasının daha böyük əhəmiyyəti var. Başqa sözlə desək, hər bir genin solo ifası yox, ömrün uzunluğu ilə bağlı olan bütün genlər orkestrinin birlikdə nə səsləndirdiyi vacibdir.
Bu genetikanın uzunömürlülüyə etdiyi təsirin öyrənilməsində tamamilə yeni bir mərhələdir.
İndi isə əsas sual: öz şəxsi "genoqramını" əldə etmək olarmı? Axı yeni test istənilən insanda olan uzunömürlülük və "yaşla bağlı" xəstəliklərin genlərini tapmağa imkan verir.
İnsanın ölüm günü ilə genlərinin nə əlaqəsi var? - 4
"Əvvəlcə bizim rus uzunömürlülərin gen quruluşunu öyrənsəydik yaxşı olardı - "Известия" qəzetinin verdiyi sualı Rusiya EA-nın Ümumi Genetika İnstitutunun insan genetikası laboratoriyanın müdirəsi, biologiya elmləri doktoru Olqa Jukova cavablandırıb. – Ola bilər ağ amerikalılarda olan genlərin 19 vacib uyğunluğu bizdə bir qədər başqa cürdür. Ancaq gen quruluşunda olan uzunömürlülük genləri və onların yerləri məlumdursa, prinsip etibarıyla bu gün Rusiyada da belə bir tədqiqat aparmaq mümkündür – sekvenator cihazlar artıq bizdə də var. Məsələ yalnız tədqiqatın maliyyə tərəfindədir".
Doktor Tomas Perls qeyd edir ki, müəyyən edilmiş gen uyğunluğuna təxminən hər 100 nəfərdən 15-də rast gəlinir. Lakin, orta hesabla hər 6000 nəfərdən biri 100 yaşdan çox yaşaya bilir! Əgər faciəli təsadüfləri nəzərə almasaq, ömrün uzunluğuna əvvəllər olduğu kimi həyat tərzi və tibbi xidmətin səviyyəsi təsir edir. Yeri gəlmişkən, bütün uzunömürlülər az yeyib çox hərəkət edirdilər və şad-xürrəm ömür sürürdülər. Belə vəziyyətdə genlər heç də əsas amil deyil.
Əgər uzun ömür yaşamaq istəyirsinizsə, bu cümlədən əvvəl olan cümləyə ciddi fikir verin.
  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__12121

Çox yaxşı məlumatdır. Məncə insanı qocaldan əsas amil stresdir.

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed