İnternet insanların yerişinə necə təsiri var?

İnternet insanların yerişinə necə təsiri var? - 1

Alimlərin araşdırmasına əsasən, yeriş zamanı telefondan istifadə (SMS yığmaq və ya oxumaq, veb səhifələrə baxmaqa, sosial şəbəkələrdən istifadə etmək) insan yerişinin dəyişməsinə səbəb olur.

"ICTnews" elektron xəbər xidməti “telekomza.ru” saytına istinadən bildirir ki, ABŞ-ın iki universitetindən olan tədqiqatçıların sözlərinə görə, belə yeriş addımların uzunluğunun, tezliyinin azalması, hər iki ayağın torpaq üzərində olması müddətinin çoxalması ilə səciyyələnir.

Tədqiqatçılar 18-50 yaş aralığında olan 30 nəfərdən xüsusi hazırlanmış maneələrdən ibarət yolla hərəkət etməyi və eyni zamanda SMS yığmağı xahiş ediblər. Onlar yeriş və başqa tipik elementlərin yavaşımasını qeydə alıblar.

Son zamanlar müxtəlif yerlərdə SMS yığan insanlar üçün xüsusi yollar yaradılır. Məsələn, Belçikanın Antverpen şəhərində belə yol var.

Emil Hüseynov

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__13736551

mence bu gencler ucun mukemmel xidmetdir

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed