@-işarəsinin sirri...
Kompüterinizi @ simvolu olmadan təsəvvür edə bilirsiniz? Demək olar ki, hər gün işdə elektron poçtlardan istifadə edirik. Və “it” dediyimiz bu simvol ən çox bu zaman bizə lazım olur. Bəs yaxşı niyə bu işarəyə “qıvrılan a”, və ya “qara nöqtə” yox, məhz “it” deyirik?
Əslində bu simvolun rəsmi adı – “ticarət et”dir. Bir müddət əvvəl ABŞ-da bu nişan çap maşınlarının standart düzümlərindən biri idi. Həmçinin müxtəlif ticarət hesablamalarında da “qiyməti” sözünün əvəzinə @ işarəsindən istifadə olunurdu.
Bu nişanın yaranması orta əsrlərə qədər gedib çıxır. Kompüter dövrü müasirləşdikcə işarəmizin adını da dəyişdirməyə çaslışıblar: “qulaq”, “əngəl”, “qurbağa” və s. Lakin yenə də hər hansı səbəbdən kütlə buna “it” deməyə öyrəşib. Bəs niyə bu nişana bizim dördayaqlı dostumuzun adını veriblər?
Deyirlər ki, @ simvolunu yatan itə oxşadanlar var. Hətta deyənlər də var ki, guya “et” hissəciyi it hürməsinə bənzəyir. Bəlkə də simvolumuzun bu cür səslənməsi buradan qaynaqlanır. Lakin başqa ölkələrdə heç kim ona “it” demir. Ruslardan başqa – “собачка”.
Bu adın yaranmasının ən inandırıcı fərziyyəsi Adventurenin (keçmiş kompüter oyunu) adı ilə bağlıdır. Bu oyun ən erkən kompüterlərdə var idi. Orada müxtəlif maneələr, xəzinələr adi çap simvolları ilə hazırlanmışdı. Məsələn, labirint özü simvollardan düzəldilmişdi. ("!", " -", "+") Lakin oyunda kəşfiyyat üçün it göndərmək mümkün idi. Və həmin it kompüter ekranında “@” nişanı kimi görünürdü. Yəni bu işarə artıq kifayət qədər məşhurlaşmışdı. Məntiqi baxımdan götürəndə “it” sözünün buradan gəldiyini deyə bilərik.
@ işarəsinin hər ölkədə öz praktik adı var. Məsələn, İtaliyada və Koreyada onu tez-tez “ilbiz” adlandırırlar. Polşada “meymun”, Macarıstanda “soxulcan”. Finlər ona “pişik quyruğu” və ya “miyov” deyirlər. Danimarkalılar və isveçlilər “fil xortumu”. Lakin daha çox işlədilən adı “taqətdən düşmüş A”-dır.
Yeri gəlmişkən, Çində bir ailə öz övladlarına @ heroqlifi adını veriblər. Ola bilər ki, bu, onlarda hansısa inancdan irəli gəlir.
Bəli, elə işarənin zahiri görünüşü kimi adının tarixi də dolaşıqdır.
Nərgiz Nənə
Qonaq__12945397
"Deyirlər ki, @ simvolunu yatan itə oxşadanlar var. Hətta deyənlər də var ki, guya “et” hissəciyi it hürməsinə bənzəyir."
Belə məntiqsiz sübut ola bilməzdi :)