İstəmədiyinizi indi beyininizdən sildirə biləcəksiniz

İstəmədiyinizi indi beyininizdən sildirə biləcəksiniz - 1
Tibb elmində inqilab!
Milli.Az atv.az-a istinadənbildirir ki, amerikalı alimlər yaddaşda xoşagəlməz xatirələrin silinməsi üsulunu kəşf edib. Bunun üçün hipnoz və kənardan digər müdaxilələrə də ehtiyac yoxdur. Tədqiqatları Priston Universitetinin psixoloqları və Dartmut kollecinin mütəxəssisləri həyata keçirib. Onlar müəyyən edib ki, insan qavrayışının dəyişdirilməsi zamanı istənilən xoşagəlməz xatirələri silmək mümkündür.
Tədqiqatda iştirak etmək üçün 19-34 yaş arasında olan 25 könüllü dəvət olunub. İştirakçılar onlara təqdim olunan fotoşəkillərlə bağlı fikirlərini cəmləməli və təsvirləri müşayiət edən sözləri yadda saxlamalı idi. Daha sonra könüllülərə elə həmin şəkillər, amma başqa sözlərlə göstərilib. Eksperiment göstərib ki, insan diqqətini sözlərə cəmləyəndə, kəlmələri unudarkən yatmış olan beyinin müəyyən hissəsi dərhal aktiv fəaliyyətə keçir.
Onu da qeyd edək ki, belə bir sınağı zəruri edən, bir çox insanın xoşagəlməz xatirələrdən əzab çəkməsidir. Yaddaşlarda iz qoyan arzuolunmaz olaylar insanların xoşbəxt həyat qurmasını əngəlləyən mənəvi maneələrdir. İndi alimlər yeni təcrübələrlə təcavüzə uğrayan və ya ağır cinayətlərin şahidi olan insanlara kömək etmək istəyir.
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__18286826

ne.mende.elemekiterdim.gozel.melumatdi

Qonaq__18538242

ele bir wey ola bilmez mence

Qonaq__21316836

hec vaxt ola bilmez

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed