İstifadə etdiyimiz texnologiyanın bəzi ziyanları

İstifadə etdiyimiz texnologiyanın bəzi ziyanları - 1
Britaniya Hipokratiya Assosiasiyasının araşdırmalarının nəticəsinə görə, ölkə əhalisinin tam yarısı yatmazdan öncə qacetlərdən istifadə edir. Beşdə üç hissəsi yataqda uzanaraq televizora baxır. Onların 10-da 8 hissəsi isə yuxudan əvvəl 4 saatlarını ekran qarşısında keçirirlər. Bir neçə saatın belə keçirilməsi onurğa sütunu üçün zərərlidir. Orqanizmə ciddi ziyan vura bilər.
Bu cür məşğuliyyət beldə və boyunda ağrılara səbəb ola bilir. Bundan başqa, belə vərdişə sahib olan insanların 48 %-də yuxu problemləri var.
Digər bir qism insan isə yuxuya getmək üçün notbukdan və mobil telefondan istifadə edir. Bununla isə vəziyyəti daha da pisləşdirirlər. Ekspertlər yaxşı yuxuya getmək üçün qacetlərdən istifadə etməyi tövsiyə etmirlər. Əgər insan bu vərdişindən əl çəkmək niyyətində deyilsə, yastığını elə qurmalıdır ki, ekran gözü ilə eyni səviyyədə olsun.(milli.az)

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed