Koronovirus insan beyninə necə daxil olur?

Koronovirus insan beyninə necə daxil olur?

Alimlər aşkar ediblər ki, beyinə daxil olmaq üçün koronavirus burnun selikli qişasının hüceyrələrindən istifadə edir. Yeni tədqiqatlar onu göstərir ki, koronavirus insanın mərkəzi sinir sisteminə təsir göstərir. Bu barədə Hightech.plus saytı xəbər verib. Aparılmış tədqiqatlar təsdiqləyiblər ki, koronavirus təkcə tənəffüs xəstəliyi deyil. Belə ki, o, mədə-bağırsaq traktının, ürək-damarın və mərkəzi sinir sisteminin işinə təsir göstərə bilir. Düşünülür ki, koronavirusa yoluxmuş hər üçüncü pasient bir və ya bir neçə nevroloji simptomdan əziyyət çəkir. Bunların arasında baş hərlənmə, ürək bulanma, dad və iy bilmə qabiliyyətinin itirilməsi və s. var. Bəzi pasientlərdə koronavirus həmçinin insult xəstəliyinin kəskinləşməsinə səbəb olur.
Buna görə də alimlər şübhələnirdilər ki, bu cür simptomlar virusun müəyyən beyin hüceyrələrinə daxil olması ilə bağlıdır. Bu ehtimalı sübut etmək üçün alimlər koronavirus səbəbilə həyatını itirmiş 33 nəfər pasientin toxumalarını analiz ediblər. Toxumalar, beynin ayrı-ayrı hüceyrələri və burnun selikli qişası genetik koronavirus materialına sahib olub-olmadıqları üzrə analizdən keçiblər. Nəticədə alimlər virusun DNT-ni neyroanatomik strukturlarda aşkar ediblər. Həmin strukturlar isə gözləri, ağızı və burnu beynin kökü ilə birləşdirir. Virusun ən çox miqdarda cəmləşdiyi münbit isə burnun selikli qişası olub.

Beləliklə bütün bu məlumatlar onu təsdiqləyir ki, koronavirus beyinə daxil olmaq üçün burnun selikli qişasından istifadə edir.
Alimlər düşünürlər ki, koronavirus beyinə daxil olmaq üçün qoxu siniri kimi neyroanatomik əlaqələrdən istifadə edir. Lakin dəqiq mexanizm hələ təsdiq edilməyib. Alimlərin fikirlərinə əsasən virus bir sinir hüceyrəsindən digərinə keçir. Bununla yanaşı o, beyinə qan damarları vasitəsilə də daxil ola bilər. Daha öncədən virusun qan damarlarının divarlarında yerləşməsi sübut olunmuşdu. Qeyd etmək lazımdır ki, alimlər bu halı koronavirus yoluxmasını ağır keçirdən insanlarda müşahidə ediblər. Buna görə də sözügedən mexanizmin yoluxmanı yüngül keçirdən pasientlərdə də olub-olmadığını söyləmək hələ tezdir.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed