Livanda ayaqlı qədim ilan tapılıb
Biologiya fənnindən bizlərə məlumdur ki, bəzi qədim ilanların və balıqların ayaqları olub. Amma sübut etmək üçün faktlar az idi. İlan sözü eşidərkən insanda istər-istəməz vahimə yaranır. İndi isə təsəvvürünüzə gətirin ki, ilanın ayağı var.... Bu dəhşətdir....
Sözü gəlmişkən Livanda qədim ilanın daşlaşmış formasını tapıblar. Amma maraqlısı orasındadır ki, bu ilanın aydın görünən ayaqları var. Yeni texnologiyanın köməyi ilə alimlər süxuru dağıtmayaraq, orada görünməyən, amma süxurun içində olan ilanın ayaqlarını görməyə müvəffəq olublar. Bu məlumatlar Journal of Vertebrate Paleontology jurnalında dərc edilmişdir.
İlanlar təkamülün gedişatında öz ayaqlarını itirmişlər. Bu gün alimlər bir ümumi nəticəyə gələ bilmirlər ki, ayaqlarını itirmiş ilanların əcdadı kim olub. İki əsas versiya var - bu varlıq ya suda yaşayırmış, ya da quruda yaşayan kərtənkələ olub.
Yeni layihənin müəllifləri 95 milyon il əvvəl yaşamış Eupodophis descouensi ilanının qalıqlarını tədqiq edirlər. 50-santimetrlik sürünəninin bir hissəsi süxurda olmasına baxmayaraq, onun bir digər ayağı tam aydınlıqla görünür.
Alimlər sinxron rentgen şüasının (Synchrotron-radiation Computed Laminography - SRCL) köməyi ilə ilanın 3D variantını düzəltməyə müvəffəq olublar. Bu aparatın köməyi ilə onlar süxurun işində olan digər ayağın tam təsvirini alıblar.
Tədqiqatçılar belə qərara gəliblər ki, ilanların ayaqları kərtənkələlərə nisbətən qısa bir zamanda və ləng böyüyürmüş.
aston
hec ewitmemiwdim.dogurdanda maraqlidi:)))
professor_Xalid
Yaxsidir.
Nizami24
Cox maraqlidir ayaqli ilani birinci defedir gorurem ve cox xosuma geldi.
Nizami24
maraqlidir
Qonaq__262011
İLANLARİN AYAQLARİ VAR.ONDA 3 PLANETIN OLDUXUDA DOXRUDUR
GuNaY_2001
iyyy ilandan iyrenirem ama ilan ilindenem :)
Qonaq__5826657
onda 1000000 ilden sonra ayagımızi itirib robot ayagla gezeceyik