“Maus” öz istifadəçisini izləyəcək

“Maus” öz istifadəçisini izləyəcək - 1

Cənubi Koreyanın “Samsung Electronicsşirkəti əlillər üçün kompüter istifadəçisinin gözlərinin hərəkətini izləyən öz yeni həllini – kompüter “maus”unu nümayiş etdirib.

EYECAN+” adlanan yeni qurğu gözlərin hərəkəti sayəsində mətnləri çap etməyə və bir sıra başqa funksiyaları yerinə yetirməyə imkan verir.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni həll eynək kimi taxılan qurğunun təkmilləşdirilmiş versiyasıdır.

Bu “maus”un köməyi ilə əlil istifadəçilər kursoru ekranda hərəkət etdirə, təsvirlərə baxa, pəncərələri aça və kompüter interfeysinin əlavələri üzrə keçid edə bilərlər.

Samsung” növbəti il xeyriyyə məqsədi naminə əlillərə 100-dək “EYECAN+” qurğusu hədiyyə etmək fikrindədir. Şirkət bu texnologiya istiqamətinin sonrakı inkişafı üçün vençur şirkətlərin yeni texnologiyalardan istifadəsinə imkan yaradacaq.

Kompüter “maus”unun yeni versiyası 45 dollara satılacaq.

Emil Hüseynov

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

munis

Eladir

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed