"Mersedes Benz"-in şərəfinə pullar

Almaniyanın Federal Maliyyə Nazirliyi avtomobilin ixtirasının 125-illiyinin şərəfinə xüsusi poçt markasını və sikkəni buraxıb. Poçt markasının fonunda 29 yanvar 1886-cı ildə təqdim edilmiş patentin təsviri və ön planda isə dünyanın ilk avtomobilin şəkli dərc edilib. Marka 55 avrosent dəyərində olaraq Almaniyanın bütün poçt agentliklərində və bölmələrində satılır.

9 iyun 2011-ci ildən başlayaraq Almaniyada "Avtomobilin 125 illiyi" olaraq 10 avroluq xüsusi xatirə sikkə dövrəyə buraxılıb. Həmin sikkələri ölkənin bütün banklarından almaq mümkündür.

Doktor_Ali
eeeeeeeeeeeelllllllllllllllllaaaaaaaaaaaaaaaaa mercedes-benz maşından sonra pull çıxarmağa başlayır