Meymunlar soyuqda alkoqol qəbul edir

13Meymunlar soyuqda alkoqol qəbul edir - 1

Qazaxıstanın Karaqanda şəhərində qış aylarında temperatur -40°C-yə enə bilir. BBC News-un verdiyi xəbərə görə, şəhərin heyvanat parkında infeksiyalara qarşı profilaktik işlər zamanı meymunlarına xüsusi kokteyl verilir. Onu da nəzərə almaq lazımdır ki, bayırda belə soyuq havanın olmasına baxmayaraq, parkın daxilində temperatur 27°C olur.

Meymunlar soyuqda alkoqol qəbul edir - 2

Heyvanat parkının baş zooloqu Svetlana Pilyukun sözlərinə görə, bu prosedura heyvanları sərxoş etmək məqsədi daşımır, sadəcə bir az "gərginlikdən azad etmək" istəyirlər. Heyvanların gündəlik norması 50-100 qr təşkil edir. Hamilə və kiçiklərə alkoqol verilmir. Heyvanat parkının əməkdaşları xatırladır ki, həmçinin təbii şəraitdə meymunlar tez-tez alkoqol qəbul edir: qıcqırmış meyvələrdə və ya turistlərin masalarında olan nəzarətsiz alkoqol. Svetlana Pilyukun sözlərinə görə, meymunlara belə içkilərin verilməsi adi bir haldır və dünya üzrə belə bir təcrübə həyata keçirilir. Lakin, London heyvanat parkının əməkdaşları belə ideyaya ilə həmfikir deyil.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__468626

meymunlar goren onlari haradan tapirlar axi?maraqliii

Nurus_97

Men inanmiram onlar alkaqolu hardan tapirrlar :)

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed