“Microsoft” sosial şəbəkə açacaq!?
"Microsoft" korporasiyası 1,2 milyard dollara müəssisədaxili sosial şəbəkələrin təşkilində ixtisaslaşan "Yammer" servisini alır. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Yammer" şirkət daxilində yalnız əməkdaşların istifadə edə biləcəyi təhlükəsiz sosial şəbəkə qurmağa imkan verir.
Hazırda 2008-ci ildə yaradılan servisin korporativ istifadəçilərinin sayı 5 milyon nəfər təşkil edir. Bu insanların 85 faizi "Fortune" jurnalının versiyasına əsasən dünyanın 500 ən iri şirkəti ilə bağlı siyahıda yer alan şirkətlərdə çalışır. "Yammer" 23 dilə tərcümə edilib və dünyanın 150 ölkəsində istifadə olunur.
Servis "Office" əlavələr paketinin hazırlanmasına məsul olan "Microsoft Office" bölməsinin tərkib hissəsi olacaq, rəhbərliyi isə şirkətin hazırkı baş direktoru Devid Saks edəcək. Sövdələşmə hüquqi tənzimləmə orqanları tərəfindən bəyənildikdən sonra başa çatdırılacaq. "Microsoft" öz məhsullarında "Yammer"-i dəstəkləməyi planlaşdırır.
Qonaq__1015503
mence bu yammer insanlar ucun olmayacaq
Albert_Einstein_1
microsoft ürəkdi:)