Mobil liman gəmiyə doğru üzəcək

Mobil liman gəmiyə doğru üzəcək - 1

Dövlətlərin inkişafında dəniz və okeana çıxışın olması böyük əhəmiyyət kəsb edir. Burada isə limanların mövcudluğu mütləqdir. Limana yaxın olan suyun dərinliyindən asılı buraya böyük və ya kiçik kəmlilərin girməsi ayarlanır. Bunu nəzərə alaraq Cənubi Koreyada belə bir fikir həyata keçiriblər...
Cənubi Koreyada mövcud limanlardan fərqli olaraq boşaltma üçün gəmiyə doğru özü üzən mobil liman nümayiş etdirilib.

Mobil liman gəmiyə doğru üzəcək - 2

Mobile Harbour dalğalar və küləyin səbəb olduğu titrəmələrin qarşısını alan tənzimləmə sistemi və kran ilə təchiz edilmiş nəhəng platformadan ibarətdir. Mobil limanın hazırlanması ilə Koreyanın KAİST institutundan olan mütəxəssislər məşğul olublar. Mütəxəssislərin fikrincə, belə platformalar açıq dənizə çıxaraq özləri boşaltma işlərini yerinə yetirə biləcəklər. Beləliklə də, limanda gəmilərin uzun müddət növbə gözləməsinə ehtiyac qalmayacaq.
China Post-un verdiyi məlumata görə, mobil limanın imkanlarının nümayişi zamanı mütəxəssislər ölçüsü 45x15 m olan Mobile Harbour platformasını dənizə çıxarıb burada yük gəmisindən bir neçə konteyner boşaldıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed