Mobil nömrə alanda bunu nəzərə alın ki, eyni problem olmasın

Mobil nömrə alanda bunu nəzərə alın ki, eyni problem olmasın - 1

Bir nəfərin başına işlətdiyi mobil nömrə ilə bağlı qeyri-adi hadisə gəlib. Öz əli ilə aldığı nömrənin illər sonra ona aid olmadığını öyrənib. Daha doğrusu heç kəsin adında qeydiyyatda olmadığını. Məsələnin baş vermə səbəbini araşdirmışıq. Çox maraqlı fakt ortaya çıxıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, nömrə sahibsizdir. İllərdir işlədilən nömrə şəxsin adına qeydiyyata salınmayıb.

Həmin nömrənin məxsus olduğu mobil operatorla əlaqə saxladıqda məlum oldu ki, bu hal rəsmi dilerdən nömrə almayan hər bir şəxsin başına gələ bilər.

Nömrə satmaq səlahiyyəti olan dilerin üzərində mobil operatorun adı yazılmalıdır. Təyinatı fərqli olan obyektdə nömrə satışı isə qadağandır. Amma ölkədə qeyri-qanuni yolla nömrə satanlar var.

Bəzən üzərində hər üç operatora məxsus nömrələrin satışı yazılsa da satıcının cavabı insanı təəccübləndirir.

Əslində isə rəsmi nömrə satışı zamanı abunəçiyə "Telekommunikasiya xidmətləri" adlı müqavilə təqdim olunmalıdır. Bu sənədin bir nüsxəsi operatorda digəri isə abunəçidə qalır. Müqavilə özündə tərəflərin hüquq və vəsifələrini, hesablaşma prosedurlarını, fors-major vəziyyətləri və əlavə şərtləri ehtiva edir. Nömrənin şəxsin adına qeydiyyata alındığı rəsmi şəkildə öz əksini tapır.

Operatorlar bu kimi hallarla rastlaşmamaq üçün vətəndaşlara nömrəni ancaq rəsmi dillerlərdən almağı məsləhət görürlər. Nömrəsinin heç kimin adında qeydiyyatda olmadığını öyrənən şəxs isə şəxsiyyət vəsiqəsinin sürəti ilə operatora müraciət etməlidir. Maksimum 30 gün ərzində nömrənin kim tərəfindən istifadə olunduğu araşdırıldıqdan sonra qeydiyyata alınma prosesi həyata keçirilir.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__22403482

1 gun

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed