Mobil telefonları çimizdirmək lazımdırmı?
İnsan müasir zamanda, minlərlə xəstəliyin tüğyan etdiyi bir vaxtda gigiyenaya ciddi fikir verməyə məcburdur.
Bunu etməyə insanı cəmiyyət, sağlamlıq və ailə kimi faktorlar təsir edir. Müasirləşən dünyada xəstəliklər də müasir yollarla yayılır. Məsələn: mobil telefon vasitəsilə.
Hətta şəxsi mobil telefonlar belə milyonlarda bakteriyalarla doludur. Onların haradan gəldiyini belə təsəvvür edə bilmirik, amma çoxu xəstəlik törədicisi ola bilər.
Hər hansı bir əşyanı dezinfeksiya etmək üçün onu sabunla yumaq yetər. Bəs telefonu yumaq olarmı?
Əlbəttə ki olar (J). Amma sonra telefonun işləyəcəyi bəlli deyil. Alimlərin yaratdığı ultrabənövşəyi "vanna" ilə isə telefonu yumaq da olar, sonra onun işləyəcəyinə əmin olmaq da.
Bunun adı - CellBlaster-dir. Bu miniatür solyarini xatırladır. Mobil telefon onun içində yerləşdirilir və ultrabənövşəyi şüaların təsirinə məruz qalır. Bundan sonra telefonun üzərində olan 99.9% mikroblar məhv olur. Bu proses cəmi 30 saniyə davam edir. Bu cihazda hətta telefonun batareyasının doldurulması da nəzərdə tutulub. Bu cihazın nə vaxt satışa çıxacağı bəlli deyil.
Beləliklə, belə cihaz alaraq hərdən telefonları ultrabənövşəyi şüalarda çimizdirməyə dəyər.
Esedov_2
yaxsidir alimlerinde icad elemediyi qalmiyib ki
professor_Xalid
Olar,yaxsi melumatdir.
Doktor_Ali
şampunla olsa yaxşi olar
qonaq_211281
Maraqliydi:-)
Qonaq__5826657
bes nece olur ki isiq telefonu temizleyir
Qonaq__4900137
eladiki buuuu