Nəvəyə baxan nənə və babalar çox yaşayır yoxsa ?

Nəvəyə baxan nənə və babalar çox yaşayır yoxsa ? - 1
Tədqiqatçılar nəvələrini böyüdən nənə və babalarının digərilərinə nisbətən daha uzun yaşadığını müəyyənləşdiriblər.

Milli.Azfaktxeber.com-a istinadən bildirir ki, nəticələri "Evolution and Human Behavior" jurnalında dərc olunan araşdırmada Bazel, Edith Kovan, Qərbi Avstraliya və Berlin Humboldt universitetləri Maks Plank İnsan İnkişafı İnstitutundan tədqiqatçılar, başqalarına yardım edən və dəstək verən yaşlıların eyni zamanda özlərinə də yaxşılıq etdiyini və ehtimal olunandan çox yaşadığını müəyyən edilib.

Adətən nəvələrini böyüdənlər ilə böyütməyən və öz övladı və ya nəvəsi olmayan, ancaq ətrafındakılara yardım edən yaşlılarla etməyənləri müqayisə edən tədqiqatçılar 1990 və 2009-ci illər arasında Berlin Yaşlanma İşləri tərəfindən toplanan məlumatlar əsasında 70 ilə 103 yaşlı 500-dən çox adamla tanış olublar.

Nəvələrinin qayğısını üzərinə götürənlərin üzərinə götürməyən nənə və babalardan daha çox yaşadığına diqqəti çəkən tədqiqatçılar, bu cür fəaliyyətlərin həyat müddətlərinə müsbət təsir etdiyini bildirib.

Araşdırmada nəvələrinin qayğısını çəkənlərin yarısının 1990-cı ildə keçirilən ilk müsahibədən on il sonra hələ də yaşadığı qeyd edilib.

Digər tərəfdən, tədqiqatçılar kiməsə yardım etməyin müsbət təsirinin yalnız ailə daxilindəki yardımla məhdudlaşmadığını deyiblər.

Göstəricilər uşağı olmayan, ancaq başqalarına mənəvi dəstək verən yaşlıların da uzun ömürlü olduğunu bildirirlər.
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__24062193

Insanin bədənində hansi bakteriyalar far

Qonaq__24670809

Mən bu fikrin doğru olduğuna inanıram.Ona görə ki, həyat , yaşamaq hərəkətlə bağlıdır. Ululardan biri demişdir ki. su da bir yerdə qalsa, iylənər. Nəvələrinə baxan nənə və babalar təbii ki, həmişə hərəkət edir,düşünür, çalışır, ona görə də çox yaşayırlar. Allah uzun ömür versin.M.Ə.B.

Qonaq__21615596

Həqiətəndə elədir lakin mənim babam mənə baxmır ama nənəm anam işə gedəndə bizə baxır.

Mənim adım Firuzədir.Mənim 12 yaşım var.

Qonaq__24990070

mence he cun ki neveler onlari guldurur hemde incidir ve gozel heyat kecir

Qonaq__24688000

maraqlidir

Qonaq__30942150

Men bu melumata inanmiram.Menim nenem mene balaca olanda baxim cunki anam isde olub ammma nenem men 2 de oxuyanda vefat edib belke bu cox insanlara uzun yasamaq tesir edir amma menim nenem cox cavan vefat etdi tam 69 yasinda

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed