Nəyə görə kişilər az, qadınlar isə çox yaşayır?
Tarixə düşən bu cümlə tanınmış bir demoqrafa məxsusdur. Demoqraf və həkimlərin müşahidələrinə görə, kişilər qadınlardan daha az yaşayır.
Bu tendensiya, demək olar, bütün ölkə və millətlərə xasdır. Orta hesabla qadınlar kişilərdən 7-10 il çox yaşayır. Bunun səbəbləri nədədir?
1. Bioloji səbəb. Həkimlərin müşahidələrinə görə, kişi cinsinə mənsub olan rüşeymlərin sayı bir neçə dəfə çox olur. Lakin buna baxmayaraq qızlar daha tez-tez doğulur. Məsələ burasındadır ki, müşahidələrə görə, uşaqsalmalar zamanı daha tez-tez hallarda məhz oğlanlar həlak olur. Belə ki, oğlanlar qızlarla müqayisədə daha "incə məxluqdurlar".
Burada da hər şey qurtarmır. Həyatın 1-ci ilində doğulan oğlanlardan müxtəlif səbəblərə görə qızlarla müqayisədə 20% çox uşaq həlak olur. Beləliklə, qızların həyat davamlılığının səviyyəsi oğlanlarla müqayisədə daha yüksəkdir.
2. Ehtiyatsızlıq və risk. 1 yaşından 4 yaşına qədər olan yaş qrupunda da oğlan uşaqları arasında ölüm halları qızlarla müqayisədə daha çoxdur. Bunun səbəbi - qızların oğlanlarla müqayisədə daha diqqətli, ehtiyatlı və qorxaq (yaxşı mənada) olmasıdır.
Bu tendensiya, demək olar, bütün yaş qruplarında dəyişilmir. Kişilər qadınlarla müqayisədə daha riskli və ehtiyatsız olur. Bu səbəbdən də bədbəxt hadisələr, ağır qəzalar, zəhərləmələr və s. kişilərin iştiraki ilə daha tez tez baş verir.
Qadınlar, demək olar, ağır yol qəzaları törətmir. Qadınlar daha ehtiyatlı, məsuliyyətli və səliqəli sürücülərdir, onlar yol qaydalarına ciddi əməl edir, avtomobillərinə daha yaxşı baxır. Deyirlər ki, sükanın arxasında olan qadın kişi ilə müqayisədə 5 dəfə təhlükəsizdir.
İntihardan ölüm halları da kişilər arasında daha tez-tez baş verir.
3. Hormonlar. Qadın hormonu olan estrogen qadınların ürək-damar sistemini yaxşı qoruyur. Bu səbəbdən klimaks dövrünə kimi qadınlar çox nadir hallarda ürək xəstəliklərindən əziyyət çəkir. Ümumillikdə qadının ürək-damar sistemi kişi ilə müqayisədə daha möhkəmdir. Bildiyimiz kimi, dünyada ölümün ən çox yayılmış səbəbi məhz ürək-damar sistemi xəstəlikləridir.
4. Qadınlar öz sağlamlıqlarını daha yaxşı qoruyur və daha tez-tez hallarda həkimlərə müraciət edir. Kişilər bu barədə çox "tənbəldir". Kişilərin bir hissəsi bütün xəstəliklərini spirtli içkilərlə "müalicə etməyə" çalışır ki, nəticədə xəstəliklər daha da ağırlaşır və fəsadlaşır.
Qadınlar onlara həkimlər tərəfindən təyin edildiyi müalicəyə daha məsuliyətli yanaşır, dərmaları lazım olan dozalarda və vaxtlarda qəbul edirlər. Kişilər bu barədə daha məsuliyətsizdir.
5. Qadınlar daha emosionaldır. Bu onlara böyük kömək edir. Onlar kişilər kimi mənfi emosiyaları yığmır. Qadınlar ağlayır, şikəyətlənir, qışqırır və bu "üsullarla" öz mənfi emosiyalarını çölə buraxır. Ağladıqdan sonra qadın özünü daha rahat hiss edir. Məsələ burasındadır ki, ağlama zamanı göz yaşları ilə birlikdə orqanizm üçün ziyanlı olan maddələr ifraz olunur.
Kişilər isə uşaqlıqdan eşidirlər ki, kişi güclü olmalıdır, şikayətlənməməlidir və xüsusilə də ağlamamalıdır.
Mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi, müxtəlif sinir sistemi pozulmaları, hipertoniya və s. xəstəliklər məhz emosiyalarını daim "boğan" insanlarda daha tez-tez hallarda və daha cavan yaşlarda inkişaf edir.
6. Ziyanlı vərdişlər. Spirtli içkilərin qəbulu və siqaretlərin çəkilməsi kimi ziyanlı vərdişlər kişilərin arasında dəfələrlə çox yayılıb. Bu pis vərdişlər kişinin sağlamlığına çox böyük mənfi təsir edir.
7. Streslər. Kişilər daha çox streslərə məruz qalır və onlarla mübarizədə alkoqol içkiləri və siqaretləri istifadə edir. Bu isə, təbii ki, onların sağlamlığına ikiqat zərbə vurur.
8. Məsuliyyət. Kişilər daha tez hallarda məsuliyəti çox olan sahələrdə işləyir və bundan əlavə öz ailəsinin maddi təminatında əsas rol oynayır, ailə ilə bağlı olan mühüm məsələlərdə qərar verir və s. Bütün bunlar kişiləri daim stres vəziyyətində saxlayır.
Beləliklə, əziz qadınlar, kişilərinizi qoruyun, onların sağlamlığının qayğısına qalın, evdə rahat, sakit və mehriban şərait yaradın. Bu çox vacibdir.
Gelecek_hekimi
Maraqli melumat idi.tesekkurler
Qonaq__10871534
MƏN BELƏ FİKİRLƏŞİRƏM Kİ,QADINLAR DAHA NİKBİNDİR.DAHA SƏBİRLİDİR,DAHA ZƏHMƏTKEŞDİR,GİGİYENA QAYDALARINA DÜZGÜN RİAYYƏT EDİRLƏR, HARDA GƏLDİ YEMİRLƏR.EV ŞƏRAİTİNƏ ÜSTÜNLÜK VERİRLƏR.ÖZ AİLƏLƏRİ İLƏ DAHA ÇOX ÜNSİYYƏTDƏ OLURLAR,YALNIZ ÖZ HƏYAT YOLDAŞLARINI SEVİRLƏR. HEÇ VAXT BOŞ OTURMURLAR,MÜTLƏQ NƏ İLƏSƏ MƏŞĞUL OLURLAR VƏ ZÜMZÜMƏ ETMƏYİ SEVİRLƏR.BÜTÜN BUNLAR SAĞLAM YAŞAMAQ ÜÇÜN VACİB AMİLLƏRDİR.
MAGNİFİCENT
Kişilərin az yaşamasını səbələrindən biridə qadınların deyinməsidir.Əziz kişilər bizdən çox imkan məhz sizdədir.Canınızın qədrini bilin .qadın istifadəçi.
Qonaq__10884058
pa ele demiyin mence eksine olur, cunki kisiler cox yasayir
Qonaq__8243277
Duzdur
Qonaq__10862265
ona core ki,kisiler miqrasiyaya uqruyur