Oğurlanmış avtomobili SMS-lə qaytarmaq mümkün olacaq!?
Keniyalı Kelvin Maçariya maşın qaçırılması əleyhinə sistem işləyib hazırlayıb və bu sistem inkişaf etmiş dünya analaoqlarından heç də geri qalmır. Kelvinin bir özəlliyi də var ki, başqalarından fərqli olaraq o qrant almaq üçün ora-bura vurnuxmur və paytaxt Nayrobidə kiçik, amma sürətlə inkişaf edən biznes qurub.
Bizimyol.info 4charx.com-a istinadən bildirir ki, maşınları oğurlanmaqdan qorumaq ideyası Maçariyanın ağlına bir neçə il əvvəl onun qohumlarından birinin avtomobili oğurlanarkən gəlib. Texniki universitet tələbəsi nəhayət özünün çoxfunksiyalı sistemini işləyərək hazırlayıb. Sistem təkcə oğurlanmış maşını qaytarmağa kömək etmir, həm də oğrunu tutmaqda polisə imkan verir.
Sistem çox ağıllı qurulub. Avtomobildə gizlədilmiş GPS-modul avtomobilin yerləşdiyi yeri müəyyən edir və koordinatları sahibinin telefonuna və situasiya mərkəzinə ötürür. Əgər oğru salona daxil olmuşsa gizli kamera dərhal onun şəklini çəkir. Lakin sistemin ən maraqlı funksiyası mühərrikin məsafədən söndürülməsidir və həmin funksiya adi SMS ilə aktivləşir. Maşın sahibinin verilmiş ünvana gizli kodu SMS ilə göndərməsi kifayətdir ki, mühərrik dayansın. Onu blokdan çıxarmadan yenidən işə salmaq isə artıq qeyri-mümkün olacaq.
Halaldı ixtiraçıya !
Qonaq__4316212
çox yaxşı ixtiradır
Qonaq__4305861
camaatin isi gucu yoxdur ama zor istehsalatdir