Pəhriz və aclıq hansı fəsadları törədir?

Pəhriz və aclıq hansı fəsadları törədir? - 1

Müasir zamanda pəhriz saxlamaq adi bir hala çevrilib. İnsanların az hərəkətli işlərdə işləməyi onlarda piyin yığışmasına səbəb olur. Bu da hər bir kəsi narahat edir. Daxili orqanların piylənməsi onun qeyri stabil işləməsinə səbəb olur. Bu səbəbdən, kompüterləşdirmə inkişaf etmiş böyük şəhərlərdə trenajor və aerobika zallarının sayları çoxalır. Bu zallara getmək hərdən ya maddi, ya da vaxt cəhətdən mümkün olmur. Öz bədəninin gözəlliyinə çox fikir verən xanımlarımız isə hərdən lap həddini aşaraq aclıq edir. Amma həmin insanlar bunu da bilməlidir ki, ....

Bəzən bu aclıq məcburi (yemək yoxluğu səbəbdən)

Pəhriz və aclıq hansı fəsadları törədir? - 2

bəzən isə bilərəkdən (bədən quruluşuna görə) olur

1Pəhriz və aclıq hansı fəsadları törədir? - 3

BBC.co.uk saytı bununla əlaqədar bəzi məlumatları dərc edib.
Ekspertlər bədənin daha çox iki həftə mərhələsindən sonra desinteqrasiya etdiyini bildirirlər.
Britaniya Qidalanma Assosiasiyasından Kathy Cowbrough deyir ki, susuz aclıq aksiyası edənlər 8-10 gündən sonra susuzluqdan ölür. Su içənlər isə 60 günədək sağ qala bilər.

İlk günlər

İlk 1-2 gün ərzində bədən mövcud enerjisini istifadə edir. Bədəndəki qlikogen (orqanizmin enerji deposu), daha sonra isə piy bu müddət ərzində istifadə olunur.
Aclıq edən şəxsin dərisi rəngini itirməyə başlayır və ağızdan iy gəlməyə başlayır. Tüpürcək ağızdakı bakteriyaları təmizləyir, aclıq edəndə isə bədən tüpürcəyi yemək vaxtınadək qorumağa çalışır.
Baş ağrısı və enerjisizlik hiss olunur.
İlk günlərdə aclıq hissi güclü olsa da, bədənə ciddi təhlükə yoxdur.

3-7 gün

3-4 gündən sonra güclü aclıq hissi keçməyə başlayır.
Bu günlərdə bədəndəki qlükoza ehtiyatı da tükənməyə başlayır.
Bədən aclıq faktını "qəbul edəndən" sonra özü-özünü yeməyə başlayır: bədən enerji üçün piydən, daha sonra isə əzələlərdən istifadə etmə prosesinə keçir. Nəticədə çəki itirilir.
Amma bu proses üçün istehsal olunan, keton adlanan piyli turşu yüksək sayda olarsa, orqanizmə ziyandır.
Aclıq barədə kitab yazan Sharman Apt Russell-ın sözlərinə görə, bu ilkin mərhələdə ən böyük təhlükə təzyiqin aşağı olmasıdır. Bu, huşunu itirib başını vurmaqla nəticələnə bilər.
Amma su qəbul etmədən aclıq edən şəxs bu müddətdən sonra ölə bilər.

İkinci həftə

Enerji üçün qara ciyər və ürək kimi orqanlar istifadə olunmağa başlayır.
Bütün bu faktlar insanın bədənindən asılıdır. Məsələn, bədəndə nə qədər çox piy olsa, bir o qədər də çox aclıq edə biləcək.
Aclıq, sağlamlıq problemləri olan şəxslərdə təsirini daha da çox göstərir və bu problemləri kəskinləşdirir.

3-4 həftə

İki həftədən sonra aclığın doğurduğu simptomlar daha da kəskinləşir və səhhətdə ciddi problemləri əmələ gələ bilər.
Əzələ atrofiyası, yəni əzələlərin itirilməsinə görə adam daha da zəifləyir, tərpənməkdə, hərəkət etməkdə problemlər yaranır. İnsan öz hərəkətlərini idarə etməkdə çətinlik çəkir.
Ürək döyünməsi ritmi azalır (bradikardiya) və aclıq edən şəxs üşüyür. Tiamin vitamini (B1 vitamini) qıtlığı təsirini göstərməyə başlayır.

4-5 həftə

Tiamin vitamini qıtlığının təsirləri ciddiləşir.
Gözlər öz-özünə tərpənməyə başlayır, aclıq edən başgicəllənmədən və cüt görmədən əziyyət çəkir.

6 həftədən çox

Aclıq insanın həyatını təhlükə altına qoyur. Beyində problemlər yaranır və aclıq edən şəxs çox vaxtı huşsuz və rabitəsizdir.

Pəhriz və aclıq hansı fəsadları törədir? - 4

Bədən bütün vitamin və mineralları sərf edəndən sonra sarılıq və sinqa xəstəlikləri əmələ gəlir.
Bəzi adamlar eşitmək və görmək qabiliyyətlərini itirir.
Altı həftədən çox aclıq edənlər ürək çatışmazlığına görə ölə bilərlər. Bəzi hallarda ölüm, bədəndəki toksinlərin çoxluğuna görə də baş verə bilər.
Bu məlumatları yeməkdən imtina edən şagirdlərin nəzərinə çatdırmaq üçün yerləşdirmişik.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__2130662

gozellik gurban sevir

rahman

ariqlamagin basqa yollari var onlar məsləhətlidir.

jkf

allah hec kime gostermesin

Qonaq__2217286

olenden sonra o gozelliyi neynirsen

Qonaq__2223550

ac qalmadan ariklamağın çox yolları var..sport .. şeker ve xemir yemeklerden imtina

Melay

cox ariq qizlar var. amma hamisi goze deyil

Rəşad_200

Belə şey olar

sadəcə_ayka

Aclıq hissindən pis hiss yoxdur

Qonaq__2254823

gozellik qurban teleb edir amma mesele bu olanda...

jkf

allah hec kime gostermesin

air

sağlamlıq yoxdursa gözəllikdən də həzz ala bilmərsən

Qonaq__2334580

acliq insani oldure biler

Qonaq__2335191

Gozellik qurban teleb edir,ambu qederde deyil.Rebbim hec kime göstermesin.

faithful_girl

gozellik gurban sevir burdada qurban ozunsen

Qonaq__2613801

ac olan her kese komek etmeliyik

gozellergozeli

Acliq olar bu qeder de yox da.

Qonaq__1855008

hm eslinde cox yemekde birsey deyil ama yenede tam ac yasamaq olmaz axi

mntiq

saglamlıq özü elə gözəllikdir

jkf

bu nedi ee arvad quruyubki o ozun mesur bilir ozde gulure

saleh2000

Bezileri buna mecburdur.

Qonaq__2822848

Əsl gözəllik bədən hissələrinin ölçülərinin hormoniyasıdır.

oyan

Yaziqlar

Qonaq__2988168

ac qalmaqla ariqlamaq düzgün deyil az yeyib idman etmək piyada çox gəzmək lazimdir

Qonaq__2988168

yazdim

Bunyad1

bele gorunmekdense 1000 kq olaram daha yaxsi olar

Səhr yaz

......