Peyk arxeoloqların işində necə faydalı ola bilər?
Tell Brak kurqanına oxşar çox köhnə qəsəbələrin qalıqlarları tapmaqda məsafədən araşdırma aparmaq kömək edir. Belə geniş ərazilərin bilavasitə yerində analoji müayinəsi illər tələb edər.
Mütəxəssislər peyk təsvirlərinin yeni analiz etmə üsulunu hazırlayıb. Bunun köməyi ilə Suriyanın şimal-şərqində bir neçə min naməlum qəsəbələr aşkar edilib. Onlardan ən qədimi səkkiz min il yaşa malikdir.
Bilavasitə yer üzərində olaraq qum qatlarının altında olan kiçik şəhərciklərin və ya kəndlərin qalıqlarlarını tapmaq çox çətindir. Ancaq onlar izsiz yox olmurlar. Yüzilliklərlə yığılan orqanik tullantılar və zibil üz səthinin strukturunu dəyişdirir və antropogen torpağı (anthrosol) alınır.
Belə torpaqlar toxunulmamış ərazilərdən bir az fərqli spektral xüsusiyyətlərə malikdir. Elə bu xüsusiyyətlərdən istifadə edərək Harvard universitetindən olan Ceyson Ur (Jason Ur) və Massaçusets texniki institutundan (MIT) Born Menze (Bjoern Menze) kosmosdan qədim yaşayış məntəqələrinin axtarışı ilə məşğuldur.
Şimali Mesopotamiyada 23 min kvadrat kilometr sahədə aparılan avtomatik analiz nəticəsində 14 min qədər məntəqə qeydə almışdır.
Peyk şəkillərinin araşdırmaları maraqlı açılışlar üzə çıxartdı. Beləliklə, yayılmış fikirlərə əks olaraq, qədim Mesopotamoyanın böyük insan məntəqələri heç də çaylara yaxın yerləşməmiş.
Ceysonun dediyinə görə: "Daha ilkin kəşfiyyatda ehtiyac yoxdur. Arxeoloqlar qazıntılara başlamadan əvvəl bu xəritə ilə tanış olsalar xeyli vaxta qənaət etmiş olar".