Poladdan möhkəm metal varmı?

Poladdan möhkəm metal varmı?

Poladın nə qədər bərk olduğu haqqında çox eşitmişik, lakin ondan bərk ərintilər də icad olunmaqdadır. Əksər dövlətlərdə iqtisadi və sənaye cəhətdən sərfəli ərintilər yaradılması üzrə təcrübələr aparılır.

Alimlər belə bir ərintini tam reallığa çevirdilər. Bu ərinti alüminium kimi yüngül və polad kimi bərkdir. Polad kimi yüklərə davamlı olması onu çox sərfəli edir. Belə bir nailiyyət Avstraliya, Rusiya və ABŞ universitetlərinin birgə fəaliyyətinin nəticəsi oldu.
Ərintinin əsası kimi təcrübə zamanı tərkibində maqnezium, sink və bir necə əlavələr olan 7075 markalı "aviakosmik" alüminiumdan istifadə olunub. Tərkibindən və emalından asılı olaraq, bu markadan olan alüminiumun axma həddi 145-476 meqapaskal ola bilir.
Təcrübələrdən sonra aydın oldu ki, yeni ərintinin axma həddi 1 qiqapaskala yaxındır.
Ərintinin atom-zond tomoqrafiyasını əldə edəndən sonra, tədqiqatçılar aydınlaşdırdılar ki, ərintidə ierarxiya strukturu yaranıb. Kristallik dənin ölçüsü 10 nanometrə qədər azalıb.
iyerarxiya strukturu yaranıb. Kristallik dənin ölçüsü 10 nanometrə qədər azalıb.

Atomların qarşılıqlı təsirinin xüsusiyyətləri isə hələ də öyrənilməlidir. İxtiraçıların fikrincə, az çəki və polad möhkəmliyi bu ərintini gülləkeçirməz jiletlər üçün lövhələrin, maşınların vacib detallarının və ya tibbi implantların istehsalında əvəzedilməz edəcək.
Gələcəkdə bu materialın harada istifadə edəcəyi bəlli deyil. Ümidvaram ki, yeni ixtira xeyirxah istiqamətdə öz istifadəsini tapacaq.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__399330

bu saytda gündə bir şey öyrənirəm.əladir.

Qonaq__349984

əla əla əladı ki onu mənə neçiyə verirsən?

Qonaq__20764033

metal erintileri haqqinda melumat

Qonaq__22121486

mene sink metali haqqinda melumat lazimdi amma tapa bilmirem

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed