Qarışqaların böyük yük daşımalarının sirri açıldı

Sözügedən qarışqalar ot sevəndirlər. Argentinada və Paraqvayda yaşayan bu qarışqa növləri otları və yarpaqları kəsərək öz yuvalarına aparırlar. Bəzən bu məsafə 100 metrə qədər olur.
Şəkil Thomas Endlein, W. Thaler
Entomoloqlar belə bir eksperiment aparıblar. Həmin qarışqalara ot əvəzinə portağal şirəsinə batırılmış kağız parçaları verirlər. Sonra isə qarışqaların onları hansı bucaq altında apardığını ölçürlər. Aydın olur ki, qarışqalar uzun kağızları qısa olan parçalardan fərqli olaraq böyük bucaq altında aparırlar.
Əlavə müşahidələr onu göstərdi ki, yük daşımada qarışqaların başının hərəkətlərinin böyük rolu var. Qarışqalar çənələrinin tutma yerlərini dəyişməyərək başlarının duruşunu dəyişirlər (başlarının aşağı və yuxarı qaldıraraq). Həmin bu taktika təpəcikləri qalxan və düşən zaman yardım edir.

Təpəyə qalxan zaman qarışqalar yükü böyük bucaq altında aparırlar, təpədən düşən zaman isə əksinə. Bu universitetlərin alimləri qarışqaların balanslaşdırılmamış yükü necə apardıqlarını təyin etmək fikrindədirlər..
tarıx
cooooooox maraqlıdır.
elaci2001
kas bezi insanlarda bele olar birdeki maraqli melimatdir cox sagolun
nika123
qariwqalar heqiqeten cox maraqli bir heyvandilaarrr
kiko766
maraqlidir ilk defedi ki bele bir melumata rast gelirem cox sagolun))
nikiaz
Maraqlıdır
Qonaq__2924684
coooox maraqlidi