Qobustandakı qayaüstü rəsmlər və qədim mağaralarda təhlükə yaranması təsdiqləndi

Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən martın 31-də Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarının iştirakı ilə Kiçikdaş dağında baş vermiş struktur-denudasiya prosesləri ilə əlaqədar vizual mühəndisi-geoloji araşdırmalar aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, struktur-arid-denudasion mənşəli Kiçikdaş antiklinal tirəsi Aşağı Kür və Abşeron-Ceyrankeçməz çökəkliklərinin tektonik təmas zonasında mövcud olan Eopleystosen-Erkən Pleystosen yaşlı inversion Ələt-Ləngəbiz tirələr sisteminin kənar şərq hissəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsindən 2 km şimal-qərbdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşir.

Qoruqda aparılan geoloji tədqiqatların nəticəsində məlum olub ki, iri qırışıqlıqlarla (mailliyi 45-600) və yarğanlarla əhatə olunmuş terrasvari quruluşa malik Kiçikdaş dağı ekzogen geoloji proseslərin baş verməsi nəticəsində zəif zədələnmiş sahədir və zədələnmə əmsalı 0,1-dən azdır. Dağın ətəklərində yarğan eroziyası, səthi yuyulma və az dərəcədə sürüşməni xatırladan qayma-axma prosesləri mütəmadi olaraq aktivləşir.
Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, Kiçikdaş dağının zirvəsində, təqribən 14 hektar sahəyə malik peneplenləşmiş suayrıcının cənub-şərq hissəsi uzunluğu 150-180 m, eni 0,7-2,0 m, görünən dərinliyi 10-30 m olan qırılma xətti ilə mürəkkəbləşib. Stuktur-denudasiya proseslərinin təsirindən, eləcə də, 2012-ci ilin yanvar-mart aylarında yağan yağıntıların təsirindən Kiçikdaş dağının tağ hissəsini təşkil edən və görünən qalınlığı 30 m-ə qədər olan əhəngdaşı layı müxtəlif ölçülü qaymalara parçalanaraq yamac boyu cənub-şərq istiqamətdə hərəkət etmiş və yamacın aşağı hissəsində sürüşməyə bənzər pilləli qayma axımı əmələ gətirib.



fatime_islam
maraqlidi