“Sony Ericsson” şirkətinin ləğv edilməsinin səbəbi nədir?

“Sony Ericsson” şirkətinin ləğv edilməsinin səbəbi nədir? - 1 “Sony Ericsson” şirkətinin ləğv edilməsinin səbəbi nədir? - 2

İsveçin "Ericsson" şirkəti Yaponiyanın "Sony" korporasiyası ilə birlikdə yaratdıqları "Sony Ericsson" smartfonlarının istehsalı üzrə müəssisədəki payını "Sony" korporasiyasına 1,05 milyard avroya satmağa razılıq verib. Verilmiş məlumata görə, bu sövdələşmə 2012-ci ilin ilk kvartalında tamamlanacaq.

“Sony Ericsson” şirkətinin ləğv edilməsinin səbəbi nədir? - 3

Hazırda "Sony Ericsson" şirkəti smartfonların istehsalında xeyli çətinliklərlə üzləşir və bazardakı digər iştirakçılarla ayaqlaşa bilmir. Şirkətin uğursuzluğu istehsalçının əsasən "Android" platformasına çox gec keçməsi ilə əlaqələndirilir. "Sony Ericsson"-un yapon korporasiyası ilə birləşməsi müxtəlif qurğuların hazırlanmasını tam sinxronlaşdırmağa imkan verəcək.

“Sony Ericsson” şirkətinin ləğv edilməsinin səbəbi nədir? - 4

Xatırladaq ki, "Sony" şirkəti "Android" bazası əsasında planşet və "Walkman" seriyalı mediapleyer istehsal edir, eləcə də "PlayStation" oyun sistemi və "Qriocity" multimedia servisinə malikdir. "Sony" onlardan istifadə etməklə istehlakçılar üçün daha funksional və maraqlı smartfonlar buraxa biləcək.
Qeyd edək ki, "Sony" və "Ericsson" şirkətlərinin birgə müəssisəsi bərabər pay bölgüsü əsasında 2001-ci ildə yaradılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed