Suda batmayan telefon istəyirsinizsə bunu alın...
ABŞ-ın 8 nəfərdən ibarət yeni yaradılmış “Comet” şirkəti suda batmayan unikal smartfonu təqdim edib.
İKT.lent.az-ın "Internetua”ya istinadən xəbərinə görə, “Comet” adlanan qurğu “IPx7” sertifikasiyadan istifadə sayəsində sukeçirməzdir.
Smartfon 1 QHs takt tezlikli səkkiznüvəli "Snapdragon 810” prosessor, 4 Gb tutumlu operativ yaddaş, 16 meqapikselli əsas və ön kameralar, 128 Gb tutumlu yaddaş kartı, 1280 x 720 piksel təsvir ölçülü 4,7 düymlü ekran və 2800 milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib.
“Android 5.1.1” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun ölçüləri 137.5 x 67.7 x 7.9 millimetr, çəkisi 120 qram təşkil edir. Smartfonda həmçinin müasir “Qlock” məlumat şifrləmə sistemindən istifadə olunub.
“Comet” hazırda “Indiegogo” platforması əsasında vəsait toplamaqla məşğuldur. Mütəxəssislər layihənin inkişafına 1 milyon dollar toplamağı planlaşdırırlar. Kampaniyanın sona çatmasına 35 gün qalıb.
Qonaq__13210013
qewey meqaleler yazin xaie