Super konservant ixtira edilib

Super konservant ixtira edilib - 1

Hər bir istehsal olunmuş qida məhsulunun üzərində onun istehsal və istifadə tarixləri göstərilir. Bəzən eyni məhsuldan olan birisinin 2 ay digərinin isə 1 il saxlanılma müddəti olur. Bunlar nə ilə əlaqədardır? Cavabı bunların tərkibində olan əlavə maddələrdir.

Super konservant ixtira edilib - 2

Ərzaqları çox uzun müddətə təzə saxlamağa imkan verən maddəni Minnesota universitetinin bioloqları ixtira ediblər. Təbii mənşəli konservantın tətbiqi ümumiyyətlə alıcıları ərzaq alarkən yararlılıq tarixini yoxlamaq məcburiyyətindən azad edə bilər.
2007-ci ildə Deniel O`Sallivan (Daniel O`Sullivan) Bifidobacterium longum bakteriyasının genomunu tədqiq edərkən sonradan bizin (bisin) adlandırdıqları və lantibiotiklərə (lantibiotics) aid etdikləri maddə ayırdılar. Lakin tezliklə məlum oldu ki, maddə qrammənfi bakteriyaları, həmçinin ən təhlükəli olan salmonellaE. coli bakteriyalarını da öldürür.

Super konservant ixtira edilib - 3

Universitetin press-relizində yazıldığına görə, ət, yumurta, dəniz, konservləşdirilmiş və süd məhsulları, əridilmiş pendirlər və salat qatqıları, qıcqırma nəticəsində alınan içkilər (pivə, şərab) bizin olan mühitdə xarab olmurlar (bakteriyalar çoxalmırlar). Eyni zamanda da A MailOnline-ın yazdığına görə, bu konservant məhsulları uzun illər boyu saxlamaq iqtidarındadır.
Bizinin bir üstün cəhəti də təbii konservant olmasındadır: o təhlükəsizdir, qeyri-toksikdir, asan həzm olunur və allergiyaya səbəb olmur. Bu maddənin müsbət cəhətlərinin siyahısına birini də əlavə etmək olar: təhlükəli bakteriyaların bu konservanta qarşı davamlılıq inkişaf etdirməyi çətin olacaq (səbəbini alimlər izah etmirlər).
Amerika mikrobioloqları patent əldə ediblər, artıq hansı şəraitdə bizinin əldə edilməsinin daha məqsədəuyğun olmasını və onun nə zaman mikroorqanizmlərin aktivliyinin qarşısını aldığını araşdırırlar, həmçinin ümidverici maddənin istifadə edilməsi ilə bağlı qida məhsullarının istehsalçıları ilə danışıqlar aparırlar. Təbii konservantın Amerika ərzaq məhsulları və tibbi preparatların yoxlanması üzrə idarəsindən (FDA) razılıq alaraq üç ildən sonra bazara çıxacağı gözlənilir.
Təəssüf ki, bizin universal deyil. Maddə meyvə və ərzaq məhsullarının xarab olmasının qarşısını ala bilmir.
Buna baxmayaraq, maddə həm hal-hazırda qida artıqlarına çevrilən, mağaza və soyuducu rəflərindən tullantı kimi atılan xeyli miqdarda ərzağın saxlanmasına imkan verəcək, həm də keyfiyyətsiz qida ilə zəhərlənmə hallarının sayını azaldacaq.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__4780034

esi bu nedi.hec neye oxsamir

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed