Taiwan Tower – təbiətlə texnologiyanın sintezidir

Evolo-nun dediyinə görə, konstruksiyanın üst qatında astronomik müşahidələr üçün rəsədxana yerləşəcək. Qüllələrin aşağı hissələrində Tayvanın keçmişi, gələcəyi və indiki zamanına aid muzeylər yer alacaq. Taiwan Tower-də həmçinin apartamentlər və asma bağlar layihələnib. Bundan başqa, qüllələrdə nadir quşlar üçün ərazi də nəzərdə tutulub. Taiwan Tower ekoloji cəhətdən təmiz bir konstruksiya olacaq. Binalarda suyun resirkulyasiyasının sistemləriylə, yel turbinləriylə və günəş enerjisini istifadə edən batareyalarla təchiz ediləcək.



Qonaq__137471
maraqli weyler yaziblar xowuma geldi