Tamamilə görməyənlər də görə biləcəklər - YENİ ixtira
2016-cı ildə Monaşa Universitetində çalışan avstraliyalı alimlər tərəfindən görmə qabiliyyətini tamamilə itirmiş insanlar üzərində süni gözün köçürülməsi əməliyyatı aparılacaq. Süni görmə sistemi təsviri bilavasitə beyinə ötürəcək.
"ICTnews" elektron xəbər xidməti "vesti.ru" resursuna istinadən xəbər verir ki, innovativ sistem daxili kamera ilə təchiz edilmiş eynək formasında hazırlanıb və real dünyadakı təsviri yığcam videoprosessora göndərir. Bu qurğu isə öz növbəsində təsvirin bəzi hissələrini "ələ keçirərək" onu beynin görməyə cavabdeh bölməsində yerləşdirilmiş 11 ötürücü qurğuya (hər birində 43 elektrod mövcuddur) ötürür.
Sözügedən texnologiyanın yaradıcısı Artur Lourinin sözlərinə görə, hər bir elektrod kompüter monitorundakı piksellə müqayisə edilə bilən işıq nöqtəsi əks etdirə bilər. Ümumiyyətlə isə, ötücü qurğular 500 işıq nöqtəsi əks etdirə bilər ki, bu da insan gözünün imkanından (1-2 milyon piksel) dəfələrlə azdır. Amma sadə təsvir yaratmaq üçün 500 işıq nöqtəsi kifayətdir.
"Prosessor – minimum informasiyadan istifadə etməklə mürəkkəb vəziyyəti əks etdirən karikaturaçı kimidir" – deyə Louri fikrini bölüşüb.
Emil Hüseynov
Qonaq__14712879
cox yaxsi.
Qonaq__15197418
insallah ugurlu olsun
Qonaq__15374129
menim fikrimce bu yawi ideadir
coh gozel men bunu beyendim
bir sozle LIKE edirem
Qonaq__15947815
Allah hamiya komek etsin amin