Telefon istifadəçilərinə şad xəbər

Telefon istifadəçilərinə şad xəbər - 1

“Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır”

Milli Məclisin iclasında "Reklam haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən deputat Vahid Əhmədov bildirib ki, əvvəlki oxunuşdan verilən təkliflər İşçi Qrupunda müzakirə edilərək dəyərləndirilib. O qeyd edib ki, “Qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır”.

Sonda layihə səs verməyə çıxarılaraq qəbul edildi.

Qeyd edək ki, Azərbaycanda 11 milyon mobil abunəçi var ki, bunlardan 3,3 milyonu Bakcell-in; 5,1 milyonuAzercell-in;2,5 milyonu isəNar Mobile-ın payına düşür.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__8310220

ok

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed