Telefon necə və kim tərəfindən icad olunub?

Telefon necə və kim tərəfindən icad olunub?

Həyatımızı asanlaşdıran, bizi sevdiklərimizlə birləşdirən, dünyanın əks tərəfində olan bir insanla bir an içində əlaqə yaratmağımızı təmin edən vasitə telefondur. Bəs telefonun kim tərəfindən və necə icad edildiyini bilmək istəyirsinizmi?
Bu da telefonun hekayəsi:
Telefon necə və kim tərəfindən icad olunub? - 2
İnsan səsini elektrik naqilindən keçirmək fikri aylardır Qraham Bellin beynindən çıxmırdı. Köməkçisi ilə birlikdə gecəni-gündüzə qatıb bu məqsəd uğrunda çalışırdılar. Həm də ağır şərtlər daxilində çalışırdılar, vəsaitləri çox az idi. Buna görə də apardıqları təcrübələr müsbət nəticə vermirdi. Ancaq o, səsi tellərlə başqa yerə ötürməyin mümkün olduğuna inanırdı. O bilirdi ki, mütləq bir gün gələcək və fərziyyələrini hər kəsə isbat edə biləcəkdi. Nəhayət həmin gün gəldi:
2 iyun 1875- ci il idi. Qraham Bell həmişəki təcrübələrindən birini aparırdı. Bell, hər iki iş otağına üçlü ötürücü və qəbuledici qoymuşdu. Elektrik ötürüldükdə cihazların hər iki qütbünü birləşdirən tel lövhələr titrəyəcəkdi.
O gün təcrübə keçirilən zaman uğrunda çalışdıqları hadisə baş verdi. Bell, elektrik açarını burdu. Köməkçisi qonşu otaqdan səsləndi:
- Bir dəqiqə, Mister Bell. Lövhə yenə yapışdı.
Bell cavab verdi:
- Toxun qopsun.
Köməkçisi təkrar toxundu. Lövhə bir-iki dəqiqə titrədi. Bell səslənirdi:
- Toxun, toxun...
Bell əyilmiş qəbulediciyə qulaq asırdı. Qulaqlarına inana bilmirdi. Bu bir möcüzəydi. Çünki hər toxunuşda bir səs gəlirdi. Bell bu səsin nə demək olduğunu həmin anda başa düşmüşdü. Demək elektrikli tel səs rezonanslarını daşıya bilirdi. Üç ildən bəri axtardığı sualın cavabını axır ki, tapmışdı.
O gündən sonra Bell və köməkçisi yenə bir neçə ay gecəni gündüzə qataraq işlədilər. Bütün insanların istifadə edə biləcəyi bir telefon düzəltmək fikrindən daşınmadılar. 1876-cı ilin yanvar ayında işlərini tamamladılar. Əldə olunmuş nəticəni yoxlamaq üçün ötürücünü binanın damının altına, qəbuledicini də binanın arxa tərəfinə qoydular. Aradakı məsafə çox uzaq idi.
Bell, ötürücü vasitəsilə köməkçisinə bunları söylədi:
- Zəhmət olmasa yanıma gəlin. Sizə ehtiyacım var.
Bir dəqiqə sonra köməkçisi onun yanına gəldi. Beləliklə telefondakı əmri aldığı aydın oldu. Qraham Bell həyəcan içindəydi.
- Eşitdim, eşitdim Sizi... Telefon işləyir – deyə köməkçisi qışqırırdı.
Telefon necə və kim tərəfindən icad olunub? - 3
Telefonu icad etməklə bəşəriyyətə böyük fayda vermiş Qraham Bell 1922-ci ildə, 75 yaşında vəfat etdi. O gün, ölkədəki bütün telefon stansiyaları Qraham Bellin şərəfinə iki dəqiqə susdu.
  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__34031

Allah komeyi olsun ne deyek..telefon olmasaydu indiki xeyatu tesevur ede bilmezdim..)

Qonaq__41649

SEYMUR ALLAH KOMEYI OLRUN SOSUZ REHMET OLSUN COR NEQEDER DUALAR QAZANI RDA O

mishka

biz telefondan cox istifadə edirik.buna gorə allah koməyi olsun.telofensuz həyat necə olardi....................mənasiz

Doktor_Ali

Sağol Qraham brat ürəysən sən olmasaydın galaxy s4 olmazdı

Qonaq__2199912

Halal olsun !

Qonaq__2271998

alllah senin komeyin olsun qraham bellin sene rehmet etsin

Qonaq__3045349

halal olsun

Qonaq__7994925

esil heyatda QRAHAM BELLI YARatmayib onu meucci yaradib meucci kasib olduqundan bu meseleni Qraham belliye tapsirib

Qonaq__14173873

artiq bildim telefon nece duzelib ve kim terefinden

Qonaq__15337041

metn qisadi boyuk olsa daha yaxsi olar

Qonaq__16813558

Halal olsun

Qonaq__17136020

Qraham bell bilseydiki onun icadindan sonra hava telefonlarida olacaq ve bir alede yawayan uzuvler unsiyet qurmayacaqlar hec icad elemezdi.

Qonaq__17393775

Artiq telefon haqinda deqiq melumatim var...

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed