Telefonunuz itərsə nə etməli?

Telefonunuz itərsə nə etməli? - 1

Telefonunuzu itirdiyiniz, yaxud da oğurlatdığınız zaman nə edərsiniz? Polisə şikayət etmək, axtarış elanı vermək və itkiylə barışmaq kimi seçimləriniz var.

İndi bunları bir kənara qoyun. Bütün ağıllı telefonlarda xüsusi proqramlar olur. Hansı ki, həmin proqramlar sayəsində telefonunuz izlənməyə alınaraq harada olduğu asanlıqla təyin oluna bilər.

Bəs o proqramlar hansılardır və onlardan necə istifadə etmək olar?

Android

“Google”, axtarış sistemində sadəcə “Telefonumu tap” (Find my phone) yazaraq telefonunuzu tapmanıza kömək edəcək bir proqram var. Bunun üçün “Google” axtarış sistemini telefonunuzun bağlı olduğu “Google” hesabı ilə girdiyiniz brauzerdən açmalısınız.

Bu proqram, cihaza hər-hansı bir fayl yüklənmədiyi, ya da cihaz aktiv halda olmadığı zamanda da işləyir. Telefonunuzun yerini xəritə vasitəsi ilə göstərir. Bundan başqa, telefonu evdə hara qoyduğunuzu tapmaq üçün yüksək səslə çalmasına da əmr edə bilir. Həmçinin, “Google”dakı “Device Manger” səhifəsinə girib, telefonu koda salmaq, ya da başqasının əlinə keçməsinin qarşısını almaq üçün cihazdakı bütün məlumatları silmək mümkündür.

Telefonunuz itərsə nə etməli? - 2

Apple

Apple cihazlarını da Androidlər kimi, “Google”da izlənilə bilən iCloud-a (iCloud.com) girərərək izləmək olur. Orada "Find My phone" (telefonumu tap) xüsusiyyətini tapıb hesabınıza bağlı bütün cihazları idarə edə bilərsiniz. Qeyd edək ki, bu sistemi yalız Apple telefonunuzla iCloud.com adresinə girdiyniz halda işlədə bilərsiniz.

Telefonunuz itərsə nə etməli? - 3

Windows

“Windows” telefonlar üçün də bu funksiya keçərlidir. Yenə eyni vəziyyətdə telefonunuzla əvvəlcədən sistemə girmiş olmalısınız. Bütün bu üsullarda telefonunuzun açıq olması və internetə bağlı olması lazımdır.

Telefonunuz itərsə nə etməli? - 4

Əgər enerji tükənibsə, onda necə?

Lookout” adlı proqram enerji tükənmiş olsa belə, “Android” sistemli telefonun yerini təyin edə bilir. “Signal Flare” (siqnal işığı) adlı texnologiyadan istifadə edən proqram, telefonun ən son internetə bağlandığı yeri müəyyən edə bilir.

Rəqəmsal foto

Əgər telefon oğrulanıbsa, içindəki rəqəmsal fotoda olan metadata vasitəsilə cihazı izləmək olar. Bu metadata “exif data” adlanır. Həmin aparatla çəkilmiş bir fotonu stolencamerafinder.com saytının axtarış qutusuna qoyduqda, bu sayt fotoda gizlənən “exif data”nı internetdə axtarır.

Əgər bu datanı tapa bilsəniz, həmin aparatla çəkilən fotoların harada çəkildiyinə dair məlumatı regex_info/exif.cgi xidmətindən tapa bilərsiniz.

Natavan ABDULLA

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__11541663

Salam man bunu hardan yukluya bilaram ???

Albert_Einstein_1

Bu məlumat hamıya faydalı olacaq. Təşəkkürlər!

Qonaq__9671343

Tel android deyilse

Qonaq__12907196

bes telefonun kodunu nece bilmek olar

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed