Təqaüdçülər də Facebook-u mənimsəyir

Sosial şəbəkələrin insanların həyat tərzinin bir hissəsinə çevrilməsi bir faktdır. Hətta təqaüdçülərin belə bunlardan istifadəsi üçün imkanlar da yaradılırlar.

Xorvat KİV-in verdiyi məlumata görə, Rieka şəhərindən fəaliyyət göstərən özəl firma xüsusi bir təlim kursları yaradıb. Burada təqaüdçülərə Facebook-dan necə istifadə etməyi öyrədəcəklər. Burada onlara profil yaratmağı, köhnə və yeni dostları axtarmağı, şəkilləri yerləşdirməyi, yeni maraq qruplarını açmağı, müzakirələrdə iştirak etməyi və s. öyrədəcəklər.

Təlimatçıların sözlərinə görə, kurslarda hələ bu qədər həvəsli şagirdlər olmamışdı. Yaşlılar uşaqları və nəvələri ilə ünsiyyət qurmaq üçün müasir üsulla öyrənməyə böyük həvəs göstərir. Təqaüdçülər əsasən Skype-ın köməyi ilə video və səsli ünsiyyət qurmağa üstünlük verir.
Kursların qiyməti 25 dollar təşkil edir. Buna 6 ədəd 45 dəqiqəlik dərs və kollektiv olaraq təbiətə çıxmağı daxildir.
Qonaq__330510
teqaudcunun vaxti coxdu maraqli gelir onlara