Vəba xəstəliyinin mədəniyyətlə nə əlaqəsi var?

Vəba xəstəliyinin mədəniyyətlə nə əlaqəsi var?

Fəlakət kimi qəbul etdiyimiz hadisələrin bəzən xeyirli tərəfləri də olur. Bu sözə gözəl misallardan biri vəba xəstəliyidir. Qara ölüm adı verilən bu yoluxucu xəstəlik 663 il əvvəl ortaya çıxmışdır. Çin və Hindistandan tutmuş İslandiya və Qrenlandiyaya qədər bütün Asiya və Avropa ölkələri o zamanlar bu fəlakətdən ziyan çəkmişdilər. Xəstəlik dünya əhalisinin sayının ciddi şəkildə azalmasına səbəb olmuşdu. Aralıq dənizinin cənubundan ədviyyat gətirən üç gəmi 1348-ci ildə Genuya limanına gəldi. Dənizçilər şəhəri gəzmək üçün sahilə enərkən gəmidə olan yüzlərlə siçan da şəhərin küçələrinə dağıldı. Bir neçə gün sonra isə şəhərin küçələrində çoxlu siçan ölüsü tapılmağa başladı.
Vəba xəstəliyinin mədəniyyətlə nə əlaqəsi var? - 2
Daha sonra şəhər sakinlərində qəribə xəstəlik görünməyə başladı. Həkimlər səbəbini bilmədikləri bu xəstəliklə mübarizədə aciz qalır, hətta xəstələrə yaxınlaşmaqdan qorxurdular.
Xəstəliyə ilk dövrdə yalnız kasıb təbəqənin nümayəndələri yoluxsa da, zaman keçdikcə qara ölüm cəmiyyətin bütün sinifləri ilə tanış oldu, aristokrat ailələrin saraylarında, zəngin tacirlərin evlərində qonaq oldu. Əhalinin çoxu evlərini tərk edib dağlara, meşələrə qaçsa da, xəstəlik orada da onları tapdı.
Vəba xəstəliyinin mədəniyyətlə nə əlaqəsi var? - 3
Limana gələn üç ölüm gəmisi şəhərdən qovuldu. Qovulan gəmilərdən biri Marselə, digərləri də Aralıq dənizinin başqa limanlarına gedərək xəstəliyi orada da yaydılar.
İnsanlar dünyanın sonunun gəldiyinə inanırdılar. Həqiqətən dünyanın sonu gəlmişdi. Ancaq bu son, feodalizm dövrünün sonu idi. Yoluxucu xəstəlik iki il içində Avropa və Asiya əhalisinin yarısının həyatını son qoyub gəldiyi kimi çəkilib getdi. Avropada 25 milyon, Asiyada 24 milyon insan onun qurbanı oldu. Xəstəliyin yox olmasına səbəb 1350-ci ilin qışının şiddətli soyuq keçməsi oldu. Görünməmiş dərəcədə yağan qar uzun müddət yerdə qalaraq mikrobların ölməsinə səbəb olmuşdu.
Xəstəliyin təsiri ilə milyonlarla insanın ölməsi Avropada böyük dəyişikliklərə gətirib çıxardı. Ölən insanlar cəmiyyətin bütün siniflərindən olduğundan bu siniflər yenidən formalaşdı. Minlərlə elm adamı öldüyündən epidemiyaya qədər elm və ədəbiyyat dili olan Latın dilini öyrədən adam qalmadı, dərslər milli dillərdə keçilməyə başladı. Beləcə, mədəniyyət geniş xalq kütlələri arasında yayıldı. Eyni səbəbdən də İngiltərədə aristokratiya sinfinin rəsmi dili olan fransız dili ortalıqdan qalxdı, ingilis dilində danışmağa başladılar.
Vəba xəstəliyi feodalizm rejimini kökündən sarsıtdı. Epidemiyadan sonra işçi sinfinin sayı kəskin surətdə azaldığına görə bir çox yeni alət və mexanizmlər kəşf olundu. Geniş xalq kütlələri arasında yayılan elmi-texniki inkişaf dalğası Renessans dövrünün başlanmasına və yeni mədəniyyətin yaranmasına səbəb oldu.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

ruzgarim_yakarim

her serde bir hayir var demisler ya babalarimiz

nissan_tiida

tesekkur.sagolun

elaci2001

ALLAH her seye qadirdi

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed