Xərçəng xəstəliyini ən asan təyin etmə üsulu tapılıb

Xərçəng xəstəliyini ən asan təyin etmə üsulu tapılıb
Yol nəqliyyatında sürücünün sərxoş olmasını təyin etmək üçün ondan xüsusi bir cihaza üfürməyi xahiş edirlər. Bununla onlar onun nə dərəcədə sərxoş olmasını təyin edirlər.
Nanotexnologiyanın inkişafı isə öz bəhrələrini verməkdədir. İsrailin Technion universitetinin mütəxəssisləri xərçəng xəstəliyini təyin etmək üçün yeni texnologiya icad ediblər. Bu üsulun köməyi ilə insanda olan ağ ciyər, döş, bağırsaq, prostat xərçəngini təyin etmək olar. Bunun üçün mütəxəssislər sadəcə insanın nəfəsindən istifadə edirlər. Bu cihazın köməyi ilə xərçəngin törəmələrini, rentgen şüalarının köməyi ilə müəyyən etmək səviyyəsinə çatmamışdan xeyli qabaq təyin etmək olar.
Bu aparatı israillilər hələ keçən il təqdim etmişdilər. Bu cihazın özəyini siqnal ötürücüsü təşkil edir, siqnal ötürücüsünün üzərində saysız-hesabsız qızıl nanohissəciklər iki elektrod arasında labirintlər yaradırlar. Həmin bu nanohissəciklərin üzvi molekullardan ibarət olan və müəyyən maddələri tuta bilən örtükləri var.
Həmin bu maddələr informasiya göndərən sensorun molekullarının üzərinə düşərkən onların müqavimətini dəyişir. Bu dəyişikliyi nəzərə alaraq, alimlər həmin nümunədə olan uçucu üzvi maddələrin konsentrasiyasını təyin edirlər. Xəstə insanda bu maddələrin konsentrasiyası sağlam insandan fərqli olaraq dəfələrlə çoxdur.
Yüzlərlə insan bu təcrübədə iştirak edib. Bu üsulun köməyi ilə alimlər nəinki insanın xəstə olduğunu, hətta onun xərçəngin hansı növü ilə xəstələndiyini təyin edirlər.
Alimlər bu cihazın kütləvi istehsalının 4-5 ildən sonra başlanacağını fikirləşirlər.
Ümidvarıq ki, bu cihazın köməyi ilə milyonlarla insan bu bəladan xilas olacaq.
  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__389412

Vallah bu alimlerde 1 2 ile ucan gemide duzeldeceklere

Doktor_Ali

əla icatdır Allahın köməkliyi ilə insanları bu bəladan xilas edər

Qonaq__4427891

Ancaq, yazıqlar olsun ki,xəstəliyin əlacını tapa bilmirlər

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed