Xəzərdə sunami həyacanı var?!

Xəzərdə sunami həyacanı var?! - 1

Xəzərdəki sesmoloji zona aktivləşir

Çilidə 8,3 bal gücündə qeydə alınan zəlzələ Rusiya sahillərində sunami təhlükəsi yaradıb. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi bununla bağlı Rusiya, Yaponiya və ABŞ sahillərində təbii fəlakətin gözlənildiyi barədə xəbərdarlıq edib.

Bəs, Rusiya sahillərində gözlənilən sunami təhlükəsi Azərbaycanda da müşahidə oluna bilərmi?

Məsələ ilə bağlı ATV.az-açıqlama verən ekoloq Qurban Yetirmişli bildirib ki, Xəzərdə hələ 2000-ci ildə 6.4 bal gücündə zəlzələ olub. Amma heç bir sunami baş verməyib:

“Xəzər qapalı dənizdir(gödür). Orada nə qədər güclü təkan olsa belə bundan Bakıya ziyan dəyməyəcək. Nisbətən suyun səviyyəsinin qalxması müşahidə oluna bilər. Adi halda belə, zəlzələ olmayan vaxtlarda küləkli havada da Xəzərdə 1 metr yarımdan yuxarı dalğa müşahidə olunub. Sunami olması Xəzərdə qeyri-mümkündür”. –deyə ekoloq bildirib.

Suda yaşayan canlılar yeraltı təkandan minimum zərər çəkəcəklər

Ekoloq bildirir ki, suda yaşayan canlılar dənizdə zəlzələnin başvermə anını daha tez duyurlar. Həmin müddətdə də özlərini qorumağı bacarırlar:

“Əgər belə bir hal müşahidə olunas, suda yaşayan canlılar özləri qaçacaq. Onlara heç bir zərər dəyə bilməz. Yalnız o zaman balıqlar zərər çəkə bilər ki, onlar zəlzələ zamanı kütlə şəklində olsunlar. Yenə də onlar yerltı təkanı əvvəlcədən hiss edəcəklər”.

Ekoloq, “Heç bir daşqın, sunami baş verə bilməz. Yalnız 8-9 bal gücündə təkan olsa, bu təhlükə ola bilər. O da, ən çox bir metr, ya metr yarım dəniz səviyyəsini qaldıra bilər. 6 bal gücündə zəlzələ zamanı dalğanın səviyyəsi yarım metr qalxa bilər. Sunami olması, dalğaların dəniz səviyyəsindən 10-20 metrə qalxması deməkdir”.- deyə qeyd edib.

Xatırladaq ki, 2011-ci ildə də belə bir təlaş müşahidə olunmuş, Xəzər dənizində sunami baş verməsi ehtimalı hamını təşvişə salmışdı.

Natavan ÇAVUŞ

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed