“Yahoo” “Facebook”-u nəyə görə məhkəməyə verdi?
"Yahoo" internet şirkəti "Facebook" sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldıraraq onu şirkətin patentlərini qeyri-qanuni istifadə etməkdə təqsirləndirir. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sosial şəbəkə "Yahoo"-nun onlayn-reklam, fərdi məlumatların mühafizəsi və məlumatların ötürülməsi sahəsində on patentləşdirilmiş texnologiyadan istifadədə ittiham edilir.
"Facebook" nümayəndələri bildirirlər ki, "Yahoo" sosial şəbəkənin ənənəvi biznes tərəfdaşıdır və "Facebook" internet şirkətin "təəccüb doğuran" hərəkətlərindən özünü qorumaq niyyətindədir.
Qeyd edək ki, "Yahoo"-nun "Facebook"-a qarşı iddiaları ilə bağlı ilk dəfə cari ilin fevralında məlum olub. O zaman hər iki şirkət nümayəndələri danışıqlar aparmaq üçün görüşüblər. Danışıqlarda reklamın yerləşdirilməsi, xəbərlər lentinin doldurulması, şəxsi funksiyaların və məlumatların idarə olunması texnologiyaları daxil olmaqla, "Yahoo"-ya məxsus 20 patentin 10-u müzakirə olunub. "Yahoo"-da görüş barədə ətraflı məlumat verməkdən imtina edərək sosial şəbəkə ilə məhkəmə araşdırmalarının aparılması üçün təkid edəcəklərini qeyd ediblər.
perish_Lee
Ogurluq pis hereketdir Facebookdan gozlemezdim
kanatsız_mələk
düzgün deyil.