Yalanı müəyyən edən kamera yaradılıb
Uşaqlıqdan valideynlərimizdən yalan danışmağın pis olduğunu daim eşitmişik. Amma buna baxmayaraq, bəzən məcburiyyət qarşısında qalanda insanlar yalan danışmağa məcbur olur. Əgər bu dövlət sirridirsə, onda həqiqəti danışmaq böyük bəlalara gətirə bilər. Kriminal bir hadisə baş verərsə, onda həqiqəti mütləq demək lazımdır ki, günahsız insanlar ziyan çəkməsin.
BBC-nin verdiyi məlumata görə, britaniyalı mütəxəssislər danışan insanın üzünün ifadəsindən istifadə edərək yalanı təyin edən sistem yaradıblar. Bu sistem kamera ilə təchiz olunub.
Yeni sistem Bredford universitetinin professoru Həsən Yuqaylanın rəhbərlik etdiyi ixtiraçı qrup tərəfindən yaradılmışdır. Müəlliflərin sözlərinə görə, sistem hal-hazırda 60% yalanı təyin edə bilir.
Sistemin əsasını videokamera, yüksək icazəli infraqırmızı sensor və xüsusi proqram təşkil edir. Yeni ixtira xüsusi dövlət orqanlarına və mühafizə servislərinə çox yardım edə bilər.
Hələ ki sistem könüllülərlə sınanılıb, ancaq tezliklə Britaniya aeroportların birində quraşdırıla bilər. Tədqiqatçılar fikrincə, bu sistemin yalanın ayırd etmə effektivliyi 90%-ə qədər ola bilər.
ELI_1999
eladi sag olsun alimleri cani
rtyu
hec inanmiram buna
sert
mence bos seydi fikir vermiyin
Qonaq__91239
eger duzduse eladida daha hec kim yalan danismazki
Nurri
Alimlər cox şey ixtira edecek.Mende Eynşteyn kimi ixtira edecem
Lif
Daha heç kim yalan danışa bilmeyecek
Qonaq__78682
YOX GETIRMESINLER AZERBAYCANA BIZ BATACAGIQ UJE MEKTEBLERE ELEKTRON JURNAL PAYLAYIRLAR KI HER GUN VALIDEYINLERIMIZIN MOBIL TELEFONLARINA MESAJ GELECEKKI BIZ BU GUN 3 ALMISIQ LAZIM DEYIL GETIRMESINLER
Qonaq__17860830
Bundan biri mənim sinfinə lazımdır