Yaponiyada təhsilə verilən BÖYÜK dəyərin bir nümunəsi

Yaponiyada təhsilə verilən BÖYÜK dəyərin bir nümunəsi - 1

Yaponiyada cəmi bir sərnişin üçün dəmir yolu stansiyası fəaliyyət göstərir.

ATV.az xəbər verir ki, Dəmir Yolları Şirkəti Hokkaydo adasında, ölkənin ən ucqar nöqtələrindən olan Kami-Şiratakidəki stansiyasını cəmi bir gimnaziya tələbəsinə görə bağlamır ki, həmin qız məktəbə gedib gələ bilsin.

Bu səbəbdən də həmin stansiyanı “bir nəfərlik dəmir yolu vağzalı” adlandırırlar.

Yaponiya Dəmir Yolları Şirkətinə məxsus qatar Kami-Şiratakidəki stansiyasında cəmi iki dəfə dayanır – gimnaziya tələbəsi dərsə gedəndə və qayıdanda…

Qeyd edək ki, bu stansiya bir müddət çoxsaylı sərnişinlərə xidmət edib. Lakin Kami-Şirataki ucqar nöqtə olduğundan sakinlər tədricən həmin ərazini tərk ediblər. Bu səbəbdən də nəqliyyat xidmətlərinə xitam verilib.

Ancaq Hokkaydonun bir sakini – gimnaziya tələbəsi hər gün məktəbə gedib-gəldiyindən Dəmir Yolları Şirkəti bu məktəbliyə görə stansiyanın fəaliyyətini dayandırmayıb.

Yaponiya mətbuatının yazdığına görə, Dəmir Yolları Şirkəti nəinki stansiyanı bağlamır, hətta məktəbliyə görə ən ucqar stansiyaya gedən qatarı gimnaziya tələbəsinin dərsə getməsinə və geri qayıtmasına uyğunlaşdırıb. Qatarın hərəkət sxemi məktəblinin vaxtına uyğunlaşdırılıb. Şagird məktəbə gedəndə qatar stansiyaya yaxınlaşır. O, günorta dərsdən qayıdanda isə məktəblini stansiyaya gətirir. //Publika.az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__15772359

yaponlara baxiram sonra conub ozumuze baxanda tessuf hissi kecirirem.

Qonaq__15440788

Vətəndaşa edilən hörmətin bariz nümunəsi.

Qonaq__15976122

HALALA OLSUN gor tehsile ne qeder deyer verirlere bizimde qesebede qesebeler arasi marsurutlar olsaydi ela olardi bilireme olan deyil amma yenede arzumdur

Qonaq__15992010

bu menem

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed