Yer kürəsinin onlayn 3D xəritəsi yaradılıb

30 il əvvəl heç kimin ağlına belə gəlməzdi ki, evdə oturaraq minlərlə kilometr məsafədə olan ölkələrin küçələri, evləri və s. tikililərinə kompüterin köməyi ilə baxa biləcəyik. Hamının indi tanıdığı Google Earth buna bir misaldır. Amma digər şirkətlər də buna oxşar layihələr yaradıb.

Yer kürəsinin onlayn 3D xəritəsi yaradılıb - 1

ABŞ-ın Milli aerokosmik agentliyinin (NASA) mütəxəssisləri yapon kolleqaları ilə birlikdə bu gün ən dəqiq sayıla biləcək Yer kürəsinin rəqəmsal topoqrafik xəritəsini yaradıb. Yeni xəritə ilk dəfə 2009-cu ildə təqdim edilmiş xəritənin yenilənmiş versiyasıdır.

Yer kürəsinin onlayn 3D xəritəsi yaradılıb - 2

Yer səthinin çəkilişi Terra adlı amerika peykində quraşdırılmış ASTER (Advanced Spaceborne Thermal Emission and Reflection Radiometer) cihazının köməyi ilə edilib. Xəritənin üçölçülü təsvirlərinin yaradılması stereo cütlüklərin vasitəsi ilə reallaşdırılmışdır.

Yer kürəsinin onlayn 3D xəritəsi yaradılıb - 3

Xəritənin əsas yenilikləri 260 min yeni stereo cütlük olmasıdır.

Yer kürəsinin onlayn 3D xəritəsi yaradılıb - 4

Bunların köməyi ilə xəritədəki yüksəkliklər dəqiqliklə qeyd edilərək vizual reallıq yaradılıb. Xəritədə yerin quru hissəsinin 83 dərəcə şimal enindən 83 dərəcə cənub eninə qədər olan hissəsinin 99% yerləşdirilmişdir.

Yer kürəsinin onlayn 3D xəritəsi yaradılıb - 5

NASA-daki ASTER qrupunun elmi rəhbəri Mayk Abrams-ın (Mike Abrams) qeyd etdiyinə görə, modelin yenilənmiş rəqəmsal versiyası adi vətəndaşların yüksək icazəli topoqrafik məlumatlardan istifadə etməyə imkan verir. Bu məlumatlar layihələndirmə, ərazinin mühafizəsi, faydalı qazıntıların axtarışında faydalı olacaq.

Xəritəyə baxmaq üçün buraya tıklayın.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__210879

baki

abw84

eladir

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed