Yer üzərində neçə milyon göl var?!
Göllərin sayının çox olması hamıya bəllidir, amma ki dəqiq sayını hələ heç kim bilmirdi. Deyəsən bu fakt alimləri yaman narahat edib və onlar bunu həll etməyə qərar verib.
İsveç və Estoniya alimləri Yer üzərində olan bütün göllərin hesablanması üzrə tədqiqat aparıblar.
Gün.Az Gazeta.Ru-ya istinadən xəbər verir ki, bu barədə Upsala Universitetinin pres-relizində bildirilir.
Tədqiqat qrupuna Limnologiya İnstitutunun professoru Lars Sund rəhbərlik edib.
O, həmkarları ilə birgə yeni bir tədqiqat üsulu hazırlayıb. Bu, peyk təsvirlərində sahəsi ən azı 2 hektar olan bütün gölləri avtomatik olaraq axtarmaq imkanı verib.
Əldə olunan məlumatlara görə, Yer üzərində təqribən 117 milyon göl var ki, bu da yer səthinin demək olar ki, 4 faizini əhatə edir. Bununla yanaşı Qrenlandiya və Antarktidanın buz altında qalan gölləri nəzərə alınmayıb.
Göllərin kənarlarının ölçüləri ekvatorun uzunluğunu 250 dəfə üstələyir.
Qonaq__3653058
Əla.....
Qonaq__3690805
gözəl maraqlıdır
Qonaq__3698359
marql melumat oyrendik ela
Qonaq__2561479
maraqlidir.cox sagolun.
Qonaq__3695163
Cox maraqli melumatdi.Kim hazirlayibsa saqolsun.
Qonaq__3626278
COX SAQ OLUN MELUMATA GORE
Qonaq__3713057
cox gozeldir beyenirem
Qonaq__3723411
çox əla maraqlı və gözəl məlumatdır
Qonaq_3700920
məlumat öyrəndik həmdə maraqlı məlumat sağolun minnətdaram
Qonaq__2369805
Maraqlı məlumat idi.
Qonaq__3826708
Maraqlidir. Cox sagolun
invincible_king
tewwekurler
Qonaq__4818981
sagolun bu saytin en xosdadiqim cehetidi
Qonaq__6594988
SİZ ÇOX NƏÇİB VƏ XEYİRXAH İŞLƏ MƏŞGUL OLURSUNUZ! EŞQ OLSUN SİZƏ!!!
Qonaq__5440596
eldi,ele.ela. coxxxxxx sag olun