Yüz minlərlə istifadəçinin internetsiz qalacağı gün açıqlanıb

146-yuz-minlerle-istifadecinin-internetsiz-qalacagi-gun-aciqlanib-1

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "DNS Changer" virusuna yoluxan sistemlər təhlükə altında olacaq.
Ötən ilin noyabrında FTB əməkdaşları 6 Estoniya vətəndaşını internet şəbəkəsində fırıldaqçılıqda və dünyada minlərlə kompüterin "DNS Changer" virusuna yoluxdurmaqda şübhəli bilərək həbs edib. FTB-in məlumatına görə, hakerlər bu virusdan istifadəçiləri onlar tərəfindən reklam elanlarının yerləşdirildiyi öz veb-saytlarına yönəltmək üçün istifadə ediblər. Bu resurslarda reklam informasiyasına baxış sayına görə hakerlər pul alıblar və bu minvalla 14 milyon dollara yaxın vəsaiti qeyri-qanuni mənimsəyiblər.

146-yuz-minlerle-istifadecinin-internetsiz-qalacagi-gun-aciqlanib-2

Haker şəbəkəsini ifşa edən FTB yoluxmuş kompüterlərin dərhal internetdən ayrılmasının qarşısını almaq və istifadəçilərə faylları viruslardan təmizləməyə vaxt vermək üçün sərəncamında olan resursları qısa müddət ərzində fəallaşdırmağa başlayıb və virusa yoluxmuş serverləri (viruslu kompüterlərin şəbəkəyə yalnız bu serverlər vasitəsilə daxil olanları) müsadirə edərək onları əvəzləyib.
İyulun 9-da FTB müvəqqəti serverləri bağlayacaq və buna görə dünyadakı internet istifadəçilərini kompüterlərdə virusun olub-olmamasını yoxlamağa çağırıb. Büro bu məqsədlə xüsusi sayt (www.dcwg.org) yaradıldığını da bildirir.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq_223699

Memce internetsiz yasamaq cetin olmaz eger internetsiz yasamagin yolunu tapsan

Qonaq__1007298

Nece de Allahdan qorxmurlar

Qonaq__3813711

guya dogulan gunden internetle oynuyursuz nolacag lap yaxsi camaat az oturar internetde

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed